Binədə özbaşınalıq - Çıxarışlı torpaq sahəsinin hasarı söküldü - VİDEO

"Bakı şəhəri, Binə qəsəbəsində hasarı 1.5 hektar olan ərazinin sənaye təyinatlı çıxarışı var". Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a sözügedən torpaq sahəsinin aid olduğu şirkətin hüquqşünası Naim Məmmədov məlumat verib. O bildirib ki, torpağa dair mülkiyyət hüquqları olmasına baxmayaraq, söküntü qanunsuz olaraq aparılıb. Vəkillər Kollegiyasının üzvü Pərviz Hacıyev mövzu ilə bağlı hüquqi izah verib.
Pərviz Hacıyev qeyd edib ki, əgər mülkiyyəti təsdiq edəcək sənədlər qaydasındadırsa, söküntü aparılması qanunsuzdur:
"Bu halda vətəndaş qanunsuz hərəkətlərin dayandırılması ilə bağlı məhkəməyə müraciət edə və müvəqqəti təminat tədbiri çıxartdıra bilər. Daha sonra məhkəmədə qanunsuz hərəkətlərin dayandırılması və dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldıra bilər".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən torpaq sahəsi hasara alınarkən vətəndaşa sözügedən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması xahiş olunsa da, o sənədləri təqdim etməkdən imtina edilib. Bu səbəbdən işlərin dayandırılması tikinti sahibinə tövsiyə edilib.
Burada maraqlı məqam ortaya çıxır. İcra hakimiyyəti özü elektron qaydada tikinti aparılan ərazinin sənədinin olmasını yoxlaya bilmir?
İşlərin dayandırılması mütləq hasarın sökülməsinin müşayəti ilə "tövsiyə" edilməlidir?
Niyə sənəd mühafizəçidən istənilib? Hər bir halda sənəd mülkiyyətçidə olur və həmin şəxsin əraziyə gəlməsi ən gec təqdirdə bir saat ərzində mümkün idi. Bu və dəyən zərərin kimin qarşılayacağı ilə bağlı suallarımız isə icra hakimiyyəti tərəfindən cavabsız qaldı. Qeyd edək ki, söküntünün aparıldığı yer Binə qəsəbəsinin Suraxanı rayonu ərazisinə təsadüf edir.
***
Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən torpaq sahəsinin hasarı qanunsuz olaraq söküldüyü iddia edilib.
Şirkətin hüquqşünası Naim Məmmədov bildirib ki, 1.5 hektar torpaq sahəsində mərcləşmə (sahənin sərhədlərinin ölçülüb dəqiq müəyyənləşdirilməsi və yerində nişanlanması - red.) işləri aparıldıqdan sonra, əməkdaşlar torpaq sahəsini hasara alırdılar:
"Qanunvericiliyin tələbinə əsasən hasara alınma və mərcləşmə işləri üçün icra hakimiyyətinin icazəsi tələb olunmur. Biz hasar çəkilişi apardığımız zaman icra hakimiyyətinin nümayəndələri 20-25 nəfərlik kollektivlə çəkmiş olduğumuz hasarın qanunsuz söküntüsünü həyata keçiriblər".
Onun sözlərinə görə, söküntü ilə əlaqədar nə məhkəmə qərarı göstərilib, nə də bildiriş təqdim olunub.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, son zamanlar rayon ərazisində boş torpaq sahələrinin zəbt edilərək daş hasara alınması faktları aşkar edilib və bu cəhdlərin qarşısı müvafiq qurumlarla birgə alınıb. Sözügedən torpaq sahəsi hasara alınarkən vətəndaşa həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunması xahiş olunsa da, o sənədləri təqdim etməkdən imtina edib. Bu səbəbdən işlərin dayandırılması tikinti sahibinə tövsiyə edilib.
Ətraflı Baku TV-nin süjetində:
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - AÇIQLAMA - VİDEO
Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO
Yolda pul tapmaq: şans, yoxsa lənət? - Əl uzatmazdan əvvəl bunları öyrənin
Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?
İyunda 10 gün İŞ OLMAYACAQ
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI










