Bir bankda faiz 10-12, digərində 25-30 - Banklarda kredit faizləri niyə fərqlidir?

Vətəndaşların bank kreditlərinə müraciəti mütəmadi davam edir. Lakin bankların təklif etdiyi kredit faizləri fərqlənir.
Bəs buna səbəb nədir?
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, bankların kredit faizləri bir neçə əsas amilə görə formalaşır. Bura bankın maliyyə resurslarının dəyəri, risk səviyyəsi, krediti növü və müddəti, müştərinin maliyyə vəziyyəti daxildir.
Maliyyə mütəxəssisi İsmayıl Məmmədov bildirib ki, banklar kredit verərkən ilk növbədə mümkün riskləri hesablayır:
“Risk yüksək olduqca faiz də artır. Əsas bankların faiz dərəcələri arasındakı fərq mənbəsindən, resursların cəlb edilmiş dərəcələri və onların risk dərəcələri nəzərdə tutulur. Kreditin qaytarmama riski hesablanır, buna uyğun olaraq da faiz dərəcəsi nəzərə alınır. Risk dərəcəsi az olana daha aşağı faiz, risk dərəcəsi yüksək olanda isə daha yüksək faizlə kredit təklif olunur.
Digər səbəb isə onların maliyyə siyasəti və cəlb etdikləri vəsaitlərin qiymətidir. Bəzi banklar depozitləri daha yüksək faizlə cəlb etdikləri üçün kreditləri də nisbətən baha təqdim edir. Müştəri cəlb etmək istəyən banklar bazarda rəqabət yaratmaq üçün daha aşağı faizlə kredit kompaniyaları həyata keçirirlər. Bazarda minimal faizlər 10-12, 25-30 faizə qədər yüksələ bilir”.
Vətəndaşlara kredit götürməzdən əvvəl bankların faizlərini hesablamaları tövsiyə olunur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












