Bir dəfə xərc qoyursan, illərlə bir qəpiksiz işləyir - Evi pulsuz isitməyin yolu

Münhen Texniki Universitetinin tədqiqatçıları evlərin qızdırılması üçün istifadə edilən 13 fərqli metodu sınaqdan keçiriblər. İkimərtəbəli fərdi yaşayış evi üzərində aparılan sınaqlar zamanı quraşdırma xərcləri, illik texniki qulluq, enerji sərfi və ekoloji təsirlər detallı şəkildə hesablanıb. Araşdırmanın nəticələri göstərir ki, artıq məsələ sadəcə qənaətli cihaz seçmək deyil, enerjini fərdi şəkildə istehsal etməkdir.
Avtosfer.az xəbər verir ki, sınaqların mütləq qalibi damda quraşdırılan günəş panelləri ilə birgə çalışan istilik nasosları olub. Təkbaşına istilik nasosu yüksək səmərə versə də, onun sərf etdiyi elektrik enerjisinin günəşdən alınması ay sonu gələn ödənişləri minimuma endirir. Bu kombinasiya həm işıq pulunu kəskin azaldır, həm də ətraf mühitə atılan zərərli qazların qarşısını alır. Uzunmüddətli perspektivdə bu sistem öz quraşdırma xərclərini tamamilə geri ödəyir.
Ənənəvi qaz qazanları, yəni kombi sistemləri isə siyahının son sıralarında qərarlaşıb. Buna səbəb təkcə havaya atılan karbon qazı deyil, həm də dünya bazarında yanacaq qiymətlərinin qeyri-sabit olmasıdır. Alimlər bildirirlər ki, öz enerjisini istehsal edən evlər qiymət artımlarından daha az təsirlənir. Odun və digər bioloji yanacaqlarla işləyən sistemlər ekoloji baxımdan səmərəli olsa da, saxlama sahəsi və yanacaq tədarükü ehtiyacı səbəbindən şəhər şəraitində əlverişli sayılmır.
Azərbaycanda da son illər bərpa olunan enerji mənbələrinə keçid sürətlənib və dövlət bu sahədə müxtəlif güzəştlər tətbiq edir. Ölkəmizdə günəşli günlərin sayının çox olması xüsusilə Abşeron yarımadası və digər bölgələrdə fərdi evlərin damında günəş panellərinin quraşdırılmasını olduqca səmərəli edir. Yerli mütəxəssislərin fikrincə, dövlət tərəfindən tətbiq edilən “xalis ölçmə” mexanizmi sayəsində vətəndaşlar istehsal etdikləri artıq enerjini şəbəkəyə sata və beləliklə, kommunal xərclərini tamamilə sıfırlaya bilərlər.
Bu araşdırma göstərir ki, köhnə isitmə vərdişləri həm büdcə, həm də təbiət üçün getdikcə daha ağır yükə çevrilir. Mütəxəssislər gələcəkdə kommunal xərclərdən tamamilə azad olmaq üçün bərpa olunan enerji keçidinin qaçılmaz olduğunu vurğulayırlar./demokrat.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












