Bu ərazidə yataqxanalar söküləcək, sakinlərə 9 mərətəbli binadan evlər veriləcək

Gəncə şəhərində köhnə yataqxana fondunun yenilənməsi istiqamətində mühüm addımlar atılacaq.
Şəhərdə fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında hazırda 19 yataqxana binası mövcuddur. Bu binalarda ümumilikdə 1623 otaq yerləşir və həmin otaqlarda 4683 nəfər sakin məskunlaşıb. Sözügedən yataqxanaların əksəriyyəti uzun illər istismarda olub və artıq texniki baxımdan köhnəlib.
Mövcud şəraitin müasir standartlara cavab verməməsi səbəbindən sakinlərin daha rahat və təhlükəsiz yaşayışla təmin olunması məqsədilə yeni layihələr həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, şəhərin Kimyaçılar küçəsi ilə Nizami Gəncəvi prospekti kəsişməsində yeni yaşayış kompleksinin tikintisi aparılıb. Layihə çərçivəsində üç ədəd 9 mərtəbəli və bir ədəd 10 mərtəbəli bina inşa olunub.
Yeni tikililərdə ümumilikdə 249 mənzil mövcuddur və onlar müasir infrastruktura uyğun şəkildə layihələndirilib.
Məlumata əsasən, hazırda yataqxanalarda yaşayan sakinlərin mərhələli şəkildə bu yeni mənzillərə köçürülməsi planlaşdırılır. Bu prosesin yaxın vaxtlarda başlanacaq və köçürülmə sosial həssas qruplar nəzərə alınmaqla həyata keçiriləcək./baku.ws
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












