Bu ərazilərdə eskalatorlar niyə işləmir? - Bakı sakinlərindən şikayət

Bakının bir çox prospekt və küçələrində yerləşən yeraltı keçidlərin eskalatorlarının işləməməsi artıq adi hal alıb. Şəhər sakinlərinin sözlərinə görə, demək olar, hər keçiddə ən azı bir və ya iki eskalator uzun müddətdir fəaliyyət göstərmir. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, xüsusilə Mərkəzi Bank tərəfdən Heydər Əliyev Sarayının qarşısına çıxışı təmin edən yeraltı keçiddə vəziyyət daha acınacaqlıdır. Burada həm aşağı enən, həm də yuxarı qalxan eskalatorların uzun müddətdir işləmir. Buna görə də vətəndaşlar pilləkənlə qalxmağa məcbur olurlar. Sarayın yaxınlığında, Bülbül prospekti 33 ünvanında yerləşən digər keçiddə də eyni problem müşahidə olunur. Keçidin bir çıxışında adi pilləkən olduğundan insanlar əsasən həmin istiqamətdən istifadə edirlər. Çünki işləməyən eskalator vasitəsilə yuxarı qalxmaq və ya aşağı enmək xeyli çətinlik yaradır. Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə sorğu ünvanlanıb. Lakin qurumdan sorğuya cavab verilməyib.
Ümid edirik ki, aidiyyatı qurum problemin işıqlandırılmasından sonra reaksiya verəcək və sakinlərin rahatlığı üçün quraşdırılan eskalatorlar işlək vəziyyətə gətiriləcək. Ən azından dövlətin bu eskalatorların quraşdırılması və işləməsi üçün külli miqdarda vəsait xərclədiyi nəzərə alınacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












