Bu müasir cihaz işıq pulunun "düşmənidir"

Son vaxtlar məişətdə geniş istifadə edilən bəzi elektrik cihazları aylıq ödənişlərin iki qat artmasına səbəb olur. Xüsusilə mətbəxlərin ayrılmaz hissəsinə çevrilən yeni nəsil bişirmə aparatları büdcəyə ciddi ziyan vurur.
Avtosfer.az xəbər verir ki, söhbət son illərin ən populyar cihazlarından olan aerofritürlərdən (Airfryer) gedir. Bu cihazlar sürətli və praktik olduğu üçün ənənəvi sobaları əvəzləsə də, enerji sərfiyyatı baxımından kifayət qədər "təhlükəlidir". Adətən 1500 ilə 2200 vat arası güclə işləyən bu aparatlar gün ərzində bir neçə dəfə istifadə edildikdə elektrik enerjisinin sərfiyyatını artırır. Nəticədə ayın sonunda gələn qəbz gözləniləndən çox daha yüksək olur.
Enerji itkisinə səbəb olan digər qurğular arasında termostatsız portativ qızdırıcılar və köhnə nəsil paltarqurudan maşınlar da yer alır. Qış aylarında əlavə isinmə vasitəsi kimi istifadə olunan bu cihazlar nəzarətsiz qaldıqda enerji xərclərini 100 faizə qədər artıra bilir.
Hətta rozetkada qalan və istifadə edilməyən cihazlar belə ümumi məbləğin üzərinə əlavə 10 faiz yük gətirir.
Xərcləri azaltmaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə məişət texnikası alarkən mütləq enerji səmərəliliyi yüksək olan modellərə üstünlük verilməlidir. Bundan əlavə, aerofritürlərin mühərrikinin gücə düşməməsi üçün filtrləri müntəzəm təmizlənməlidir. Bu tip yüksək güclü cihazlardan istifadəni tənzimləmək və işi bitdikdən sonra onları cərəyandan ayırmaq büdcəni qorumağın ən sadə yoludur./demokrat.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












