Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın!

Bankomatlarda dələduzluq hallarının artması istifadəçiləri narahat etməyə başlayıb. Xüsusilə gecə və səhər erkən saatlarda edilən əməliyyatlar yüksək risk daşıyır. Sadə bir pulçıxarma prosesi kart məlumatlarının kopyalanması və hesabın tamamilə boşaldılması ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, dələduzlar kart kopyalayan xüsusi qurğuları bankomatlara qısa müddətdə yerləşdirib ərazidən uzaqlaşırlar. İlk baxışda seçilməyən bu cihazlar vasitəsilə istifadəçilər fərqində olmadan məlumatlarını cinayətkarlara ötürür. Həmçinin ekranlara yapışdırılan saxta yönləndirmə qeydləri də şifrələrin ələ keçirilməsinə şərait yaradır.
Riskin ən yüksək olduğu vaxt intervalı 22:00-dan 06:00-a qədərdir. Həmin saatlarda ətrafda insanların az olması və işıqlandırmanın zəifliyi cinayətkarların işini asanlaşdıran əsas amillərdir. Kamera nəzarətinin zəif olduğu nöqtələr dələduzlar üçün əsas hədəf hesab olunur.
Banklar şübhəli əməliyyatları daim izləsə və əlavə təhlükəsizlik tədbirləri tətbiq etsə də fərdi diqqət hələ də ən vacib qorunma üsuludur. Təhlükəsizlik üçün əməliyyatları daha çox gündüz saatlarında və insanların sıx olduğu işıqlı yerlərdə yerləşən bankomatlarda icra etmək məsləhət görülür.//demokrat
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












