Bu şəxslərə sosial şəbəkədən istifadə qadağan ediləcək - Bəs mexanizm necə təşkil olunacaq?

Bakıda məktəbdə baş verən xoşagəlməz hadisə fonunda uşaqların sosial şəbəkələrdən istifadə məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib ki, ağıllı telefonlar, sosial media və internet oyunları uşaq və yeniyetmələrin tərbiyəsinə getdikcə daha ciddi mənfi təsir göstərir. Onun sözlərinə görə, hazırda istənilən yeniyetmənin platformalara sərbəst çıxış imkanı var və bunun məhdudlaşdırılmasına ciddi ehtiyac yaranıb.
Maraqlıdır, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edilərsə, bu, real olaraq nələri dəyişə bilər və belə bir qadağaya nəzarət necə həyata keçiriləcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Konkret.az-a açıqlamasında bildirib ki, bu cür qadağaların icra mexanizmi olduqca mürəkkəbdir.

Onun sözlərinə görə, dövlətin sosial şəbəkələr üzərində birbaşa nəzarət imkanı yoxdur:
“Dövlət nəzarəti odur ki, sosial şəbəkələr hər istifadəçidən yaşını soruşsun. Amma həmin platformalar Azərbaycan dövlətinə məxsus deyil. Onlar xarici mənşəlidir və bir qayda olaraq dövlətlərin daxili tələblərinə tam tabe olmurlar”.
Hüquqşünas hesab edir ki, əsas məsuliyyət valideynlərin üzərinə düşür:
“Məsuliyyətli valideynlər onsuz da uşaqlarının telefonlarına nəzarət edirlər. Dövlətin bunu necə edəcəyi sual altındadır. Haradan biləcəklər istifadəçi uşaqdır, yoxsa böyük?”
Hüquqşünas Müşfiq Abbasov isə bildirib ki, bəzi ölkələrdə analoji qadağalar tətbiq edilsə də, onlara nəzarət etmək olduqca çətindir:
“Əgər uşaq sosial şəbəkədə öz real yaşı və təvəllüdü ilə qeydiyyatdan keçibsə, həmin hesabın məhdudlaşdırılması mümkündür. Lakin öz adı və yaşı ilə qeydiyyatdan keçməyən şəxsin uşaq olduğunu müəyyən etmək mümkün deyil”.
Ekspertlərin fikrincə, sosial şəbəkələrə yaş məhdudiyyəti ilə bağlı təşəbbüslər müzakirə olunsa da, effektiv nəticə əldə etmək üçün hüquqi mexanizmlərlə yanaşı, valideyn nəzarəti və maarifləndirmə əsas rol oynayır.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











