Bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.
Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.
Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilib.
Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının "Əməkhaqqı" köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
9. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










