Bundan sonra “dəvə qutabı” yeməyəcəksiniz - Şok gizlinlər bilindi

Abşeron mətbəxinin özünəməxsus təamlarından hesab olunan “dəvə qutabı” uzun illərdir ki, maraq doğuran yeməklər sırasındadır.
Bəs, dəvə ətinin digər növ ət məhsullarından fərqi nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, tarixən Abşeron ərazisində dəvələrdən əsasən nəqliyyat vasitəsi kimi və südündən istifadə olunub:
“Dəvə Abşeronda mövcud olub. Ondan daha çox nəqliyyat vasitəsi kimi və süd məhsulu kimi istifadə edilib. Ətindən isə nadir hallarda yararlanılıb. Ümumilikdə dəvə əti geniş miqyasda Azərbaycan mətbəxinə daxil olmayıb. Qədim dövrlərdə müəyyən yeməklər, o cümlədən qutab hazırlanıb. Amma bu gün “dəvə qutabı” adı ilə satılan məhsulların əksəriyyəti real dəvə əti ilə hazırlanmır”.
Ekspert qeyd edib ki, hazırda satışda olan bəzi “dəvə qutabları”nın içliyində şirin dad əldə etmək üçün şəkər tozundan istifadə olunur.
Ağa Salamovun sözlərinə görə, dəvə əti digər ət növlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənir:
“Dəvə əti mal və dana əti ilə müqayisədə daha lifli, nisbətən şirin dadlı və yağ dəyəri daha az olan ət növüdür. Bu göstəricilər onu fərqləndirən əsas amillərdir”.
Mütəxəssis əlavə edib ki, dəvə ətinin tərkibində omega-3, omega-6 və olein yağ turşuları da mövcuddur. Onun sözlərinə görə, bu xüsusiyyətlərinə görə dəvə əti xüsusilə qanazlığından (anemiya) əziyyət çəkən şəxslər üçün faydalı hesab olunur.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












