Daha bir ərazidə söküntü - 2700 AZN kompensasiya təklif edilir

Paytaxtın baş planına uyğun olaraq daha bir ərazidə söküntü nəzərdə tutulub.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, söhbət Mirəli Qaşqay 34 ünvanında yerləşən bir və iki mərtəbəli yaşayış tikililərindən gedir.
Təxminən bir əsr əvvəl inşa edilmiş bu binaların yaxın vaxtlarda sökülməsi planlaşdırılır.
Bildirilir ki, sakinlərə hər kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya təklif olunub. Qeyd olunur ki, mənzillərin hamısının ayrıca çıxışı mövcuddur.
Artıq ərazidə evləri söküləcək sakinlərlə görüş keçirilib, mənzillərin texniki vəziyyəti qiymətləndirilib və inventarlaşdırma işləri aparılıb.
Məlumata əsasən, binalar söküldükdən sonra həmin ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmur. Layihənin detalları və ərazinin gələcək təyinatı ilə bağlı isə əlavə məlumatın veriləcəyi gözlənilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












