"Daha iki bank bağlanacaq" - Ekspert

"Yaxın zamanlarda daha iki bankın bağlanacağını söyləmək olar. Bunu müəyyənləşdirmək üçün banklar sistemini nəzərdən keçirmək kifayətdir. Çünki indiyə qədər bağlanan bankların tarixçəsində borc və maliyyə problemləri qabarıq olub".
Avtosfer.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
İqtisadçı bildirib ki, Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub:
"Sıradan çıxan, bağlanan banklar heç də güclü olmayıblar, onlar zərərlə işləyən, problemli portfeli ağırlıq təşkil edən banklar olub. Fikrimcə, belə bankların bağlanması, formasını dəyişməsi zəruri idi. Bankların Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi onların bugünə qədərki göstərdikləri fəaliyyətin davam etməsi və funksiyalarının başqa formada yerinə yetirilməsidir.
BOKT-lar bir çox hallarda bankların müştəriləridir. Onlar banklardan aldıqları kapitalın üzərində müəyyən faiz qoymaqla əhaliyə satış edirlər. BOKT-ların əsas xüsusiyyəti odur ki, onlardan kredit götürmək hüquqi baxımdan daha tez başa gəlir. Buna görə də vətəndaşlar bir çox hallarda yüksək faizə önəm vermədən, prosesin tezliyi üçün BOKT-lara müraciət edir.
Kommersiya bankları likvidliyin qorunması üçün öz kredit siyasətlərində müəyyən mürəkkəbləşmə prosesi aparırlar. Buna görə də yüksək faizli BOKT-lar daha çox müştəri bazarına malikdirlər.
Həm banklar, həm də BOKT-lar kənardan, beynəlxalq donor təşkilatlarından satış üçün kapital əldə etsinlər. Bu həm ucuz başa gəlir, həm də faizlər ümumi məbləğə böyük təsir göstərmir. Daxili bazardan pul əldə etdikdə isə yüksək faizlər kreditin satışının əlçatanlığının aşağı olmasına səbəb olur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












