“Dəm qazından boğulan qazinin ailəsi “Azəriqaz”dan təzminat ala bilər” – HÜQUQŞÜNAS - FOTO

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi, 2023-cü ildə dəm qazından boğularaq vəfat edən Səbuhi Məmmədovun ailəsinin “Bank of Baku” tərəfindən qazinin kredit borcuna görə məhkəməyə verilməsi ilə bağlı məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, məlumatda mərhum qazinin vəfatından sonra bankdan götürdüyü təxminən 1000–1200 manatlıq kredit üzündən “Bank of Baku” ailəsini məhkəməyə verib. İş sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində baxılacaq.
Səbuhi Məmmədov “Xocavəndin azad olunmasına görə” medalı və digər dövlət mükafatları ilə təltif olunmuşdu. O, dünyasını dəyişənə qədər “Report” İnformasiya Agentliyində montajçı vəzifəsində çalışıb.
Məsələ ilə əlaqədar qazinin ailəsinin hansı hüquqlarını müəyyənləşdirmək üçün vəkil Ramil Süleymanova müraciət etdik. Hüquqşünas açıqlamsında bildirdi ki, problemin kökündə şəxsin qazi olub-olmaması dayanmır:

“Qazi olmasın, hər hansı bir şəxsin kredit borcu onun verəsələri tərəfindən yalnız və yalnız onun əmlakı olduqda və bu əmlak verəsəlik qaydasında varislər tərəfindən mülkiyyətə qəbul olunduqda onlar həmin şəxsin öhdəliklərini də birbaşa üstlənmiş olurlar. İkinci bir tərəfdən, müəyyən eləmək lazımdır ki, həmin şəxsin krediti götürən vaxt həyatı soğurtalanmışdımı? Çünki bəzən kreditlər verilən zaman mütləq şəkildə şəxsin həyatı sığortalanır və bunun da krediti götürən şəxs tərəfindən ödənişi olunur. Digər bir məsələ isə ondan ibarətdir ki, burada əgər hansısa bir dəm qazından boğulma məsələsi varsa, vətəndaşın varisi istintaqın qərarını əldə etməlidir.
İstintaq - böyük ehtimal ki, prokurorluq orqanı tərəfindən aparılan araşdırmadır. Prokurorluq orqanı tərəfindən aparılan cinayət işinin başlanması və ya cinayət işinin başlanmasına rədd qərarı haqqında sənədi əldə etməlidir. Onlar həmin iş üzrə zərərçəkən şəxs qismində tanınmalıdırlar və əgər bu qərarda “Azəriqaz”ın təqsiri müəyyən olunursa, o zaman şəxsin sağ qalmış varisləri həm də, mülki qaydada iddia qaldırmaqla həmin vətəndaşın vəfat etməsindən dolayı kompensasiyaya - maddi zərər tələb edə bilərlər.
Bütün bunlarla bağlı vətəndaşlar mütləq şəkildə sənədləri əldə etməlidirlər və hüquqi yardım almalıdırlar”.
Səfər
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı










