Deputatın təsisçisi olduğu şirkət Şəkidə bu bağçalara ofis icarəyə verir

Şəki-Zaqatala Regional Təhsil İdarəsi "Tour İnvets” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Şəki şəhərində 8, 10, 18, 30 nömrəli uşaq bağçaları üçün daşınmaz əmlakın icarəsi nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 60 000 manatdır.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Müqavilənin şərtləri barədə geniş bilgi yoxdur.
Yəni, icarəyə götürüləcək daşınmaz əmlakın təyinatı bəlli deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Tour İnvest” MMC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Şəki rayonu, M.Ə.Rəsulzadı küçəsi, ev187-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavanşir Rüstəm Bəşir oğludur.
Mediada gedən məlumatlara görə, "Tour İnvest” MMC-nin təsisçisi deputat Cavanşir Feyziyevdir.
Rüstəm Cavanşir isə deputatın əmisi oğludur. O, eyni zamanda "Novo Trade” QSC-nin və "Asel Agro Park” şirkətinin direktorudur. 2020-ci ildə yaradılan "Asel Agro Park” Şəkidə Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb.
Şəkidə fəaliyyət göstərən dörd ulduzlu "Şəki Saray Hotel”in direktoru da Rüstəm Cavanşirdir. Hotelin sahibi kimi isə "Tour İnvest” MMC-nin adı qeyd edilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












