Dərnəgüldə ağaclara qənim kəsilən kimdir? - FOTO - VİDEO

Binəqədi rayonu Dərnəgül qəsəbəsində ağacların “Körpü Bina Tikinti” MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.
Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.
Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.
İddialara cavab almaq üçün şirkətlə əlaqə saxlamağa cəhd etdik. “KBT” MMC-nin nə rəsmi saytlarında, nə də sosial şəbəkə hesablarındakı nömrələrinə cavab verən olmadı.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada ayrı-ayrı vaxtlarda müxtəlif şikayətlər yayımlanıb.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Fotoda: Xəlil Göyüşov
.png)


İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












