Dərslik deyil, yük daşıyırlar - Məktəblilərin qorxulu problemi

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli çantalarının ağırlıq probleminə toxunub.
Nazir dərs vəsaitlərindən kənar əşyaların çantaya qoyulduğunu bildirib:
"Çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil Nazirliyinə ünvanlanmalı deyil. Həmin çantanı yükləyən tərəf təkçə nazirlik deyil. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik".
Avtosfer.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, çanta ağırlığından qurtarmağın ən optimal üsulu dərsliklərin elektron formatda olmasıdr:
"Bu üsul artıq bir neçə ildir ki, xarici ölkələrdə tətbiq olunur. Şagird sadəcə planşet daşımalıdır. Planşetdə isə dərsliklər elektron formada öz əksini tapmalıdır. Bunu tətbiq edəriksə, çanta problemi aradan qalxacaq”.
Elçin Əfəndi problemə öz nümunəsində aydınlıq gətirib:
"Məsələn, bu gün öz övladımı məktəbə apararkən onun çantasını çəkdim, 6 kiloqram gəldi. Çantanın ağırlığı şagirdin çəkisinin 10-12% həcmində olmalıdır. Belə bir halda oğlumun bu çantanı daşıması mümkün deyil. Elm və təhsil naziri bildirir ki, burada problem onlardan qaynaqlanmır, valideynlər də diqqətli olmalıdır. Düşünürəm ki, bu məsələdə həm valideynlər, həm də müəllimlər məsələyə diqqətli yanaşmalıdırlar ki, çantalar ağır olmasın, şagirdlərdə skolioz xəstəliyi, fəqərə əyriliyinə və s.-ə səbəb olmamalıdır”.

Elçin Əfəndi bildirib ki, hazırda dərsliklər yarımil olaraq təqdim olunur:
"Əvvəllər dərsliklər bir illik təqdim olunurdu. Bu da dərsliyin çəkisinin azalması deməkdir. Şagirdlər günün müəyyən hissəsini təhsil müəssisəsində olur, onların qidalanma məsələsi var. Valideyn də müvafiq qidalarla övladını təmin etməlidir. Bu da çantada ağırlıq yaradır. O cümlədən əlavə fənn müəllimləri test tapşırıqları verir, iç dəftərləri, şagirdin inkişafı ilə bağlı digər vəsaitlər çantaya qoyulanda onun ağırlığı daha da artır. Belə vəsaitlər siniflərdə saxlanılmalıdır, şagird onu daşımamalıdır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












