Dollarla əmanət qoyanlara XƏBƏRDARLIQ — Gəliriniz azala bilər

Son dövrlərdə dollarla əmanət qoyanların sayının azalması maliyyə bazarında maraq doğurur. Bu tendensiyanın bankların faiz siyasəti, valyuta məzənnəsi və iqtisadi sabitliklə əlaqəsi geniş müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, depozit portfelinin manatla olması həm əhali, həm də banklar üçün müsbət tendensiya kimi qiymətləndirilir:
“Əhali üçün bu üstünlük təşkil edir, çünki manatda depozit faizləri daha yüksəkdir və bəzi hallarda 12%-ə qədər çıxır. Bu, əmanətlərin daha cəlbedici olmasına şərait yaradır. Banklar üçün isə manatla depozitlərin olması geri qaytarılmanı asanlaşdırır. Əgər depozit dollarla qoyulubsa və sonradan devalvasiya baş verərsə, bank həmin məbləği geri qaytarmaq üçün əlavə xərc çəkir, valyuta alış-verişi etməli olur. Manatda depozitlərdə isə belə risklər və əlavə xərclər aradan qalxır”.
Ekspert əlavə edib ki, manatda depozitlər daha yüksək faizlə təklif olunur, xarici valyutada isə faiz nisbəti aşağıdır. Bu isə əhalini milli valyutada depozit qoymağa daha çox təşviq edir:
“Beləliklə, banklar uzunmüddətli perspektivdə maliyyə sabitliyini təmin edir, valyuta asılılığını azaldır və əlavə xərclərin qarşısını alır. Misal üçün, xarici valyutada qoyulan depozitdə devalvasiya baş verərsə, bank əlavə məbləği ödəməli olur. Manatla depozitdə isə belə problem yaranmır və həm bank, həm də əhali üçün daha sərfəlidir. Beləliklə, manatla depozitlərin artırılması həm bank sektoru üçün daha təhlükəsiz və sərfəli, həm də əhali üçün daha gəlirli bir variantdır.”
Qeyd edək ki, milli valyutada əmanət qoyuluşu həm əhalinin gəlirliyini artırır, həm də bank sektorunda maliyyə sabitliyini möhkəmləndirir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












