Dövlət xəstəxanaalrında “check-up" müayinəsinə görə ödəniş etməməlisiz - DEPUTAT

Artıq bir müddətdir ki, vətəndaşlar xəstəxanalarda ümumi müayinə qiymətləri ilə bağlı öz narazılıqlarını sosial şəbəkələrdə bildirirlər. Bir çox vətəndaş bu qiymətlərin özəl xəstəxanalarda çox yüksək olduğunu və müayinələrin xərclərinin qarşılanmasının mümkünsüzlüyünü bildirir.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə dövlət xəstəxanalarında da müəyyən mənada nöqsanlar yaşanmaqdadır. Lakin qeyd etmək lazımdır ki, “check-up” müayinələrə görə dövlət xəstəxanalarından hansındasa indiyə kimi ödəniş tələb olunması ilə bağlı fakt yoxdur.
Bununla belə, vətəndaşlar “check-up” müayinələrin icbari tibbi sığortanın (İTS) xidmətlər zərfi çərçivəsində həyata keçirilməsini istəyirlər. Vətəndaşlar arasında özəl xəstəxanalar nümunəsində yaranan bu çaşqınlıq cəmiyyətdə müəyyən şayələrə gətirib çıxarır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Avtosfer.az-a açıqlamasında deyib ki, “check-up” müayinələr özəl sektordakı xəstəxanalarda ümumi müayinələrin qiymətlərində bir qədər endirim etməklə və qrup müayinəsi olduğuna görə ümumi qiymət çıxarılmaqla təklif edilir.

“Bu qiymət əsasında da “check-up” müayinənin bir paket şəklində qiyməti müvafiq olaraq xəstəxanaya müraciət edən şəxslərə təqdim edilir. Bu, müxtəlif xəstəxanalar üzrə özəl sektorda müxtəlif qiymətlər ola bilər. Bu, həmin qurumun qiymət siyasəti ilə bağlıdır.
Çünki burada laborator müayinələr var, həkimlərin müayinə haqları var və instrumental diaqnostik digər müayinələrlə birlikdə ümumi qiymət çıxarılır. Amma dövlət sektorunda “check-up” müayinə anlayışı bir qədər fərqlidir. Çünki icbari tibbi sığorta ilə təmin olunmuş vətəndaşlar öz sağlamlıq durumlarını qiymətləndirmək, müayinə etmək üçün əvvəlcə ilkin səhiyyə xidmətində müraciət etməlidir.
İlkin səhiyyə xidməti dedikdə, poliklinikalar və yaxud ailə sağlamlıq mərkəzləri nəzərdə tutulur. Burada şəxsin ümumi vəziyyəti qiymətləndirilir. Onun müəyyən bir tibbi vərəqəsi var. Tibbi vərəqədə əvvəlki xroniki nasazlıqlar, keçirmiş olduğu xəstəliklərlə bağlı öz qeydiyyatını həm elektron formada, həm yazılı formada tapa bilir. Bu prosesi həkim qiymətləndirərək hansı müayinələrə ehtiyacı varsa, o müayinələr üçün bir sonraki səhiyyə pilləsinə, xəstəxanaya və yaxud daha geniş profilli xəstəxanaya göndərə bilir və burada isə heç bir vəsait ödəmədən müayinələrdən keçə bilər”.
Millət vəkili onu da qeyd edib ki, İTS ilə təmin olunan vətəndaş bütün müayinələri İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına heç bir ödəniş etmədən həyata keçirə bilər. Ona görə də “check-up” müayinələrin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi düzgün deyil.
Səfər
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri
Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? - Fantastik rəqəmlər










