Əhalinin bu təbəqəsinə əlavə vergi tətbiq oluna bilər

Azərbaycan iqtisadiyyatında büdcə balansının qorunması hər zaman hökumətin əsas prioritetlərindən biri olub. Lakin qlobal maliyyə risklərinin artdığı, xərclərin yüksəldiyi bir dövrdə büdcə kəsirinin kəskin böyüməsi ehtimalı yeni suallar doğurur.
Belə bir vəziyyətdə hökumət fövqəladə və ya müvəqqəti əlavə vergilərə müraciət edə bilərmi? Xüsusilə “varlı təbəqə üçün əlavə vergi” modelinin Azərbaycanda tətbiqi nə dərəcədə real görünür?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda mövcud vergi yükü artıq kifayət qədər yüksəkdir:
“Azərbaycanda onsuz da vergilər o qədər də aşağı deyil. Buna görə də geniş əhali kütləsini əhatə edən əlavə vergilərin tətbiqi real görünmür. Amma müəyyən hallarda lüks vergi növlərinin tətbiqi mümkündür. Məsələn, bahalı avtomobillərə və ya qızıl zinət əşyalarına əlavə vergi qoyula bilər.”
İqtisadçının sözlərinə görə, hazırkı maliyyə vəziyyəti fövqəladə addımlar üçün ciddi əsas yaratmır:
“Ölkənin 80 milyard dollardan çox ehtiyatı var. Bu səbəbdən yaxın gələcəkdə büdcə ilə bağlı ciddi problemlərin yaşanacağını düşünmürəm. Büdcə kəsiri artsa belə, hökumət ilk mərhələdə ehtiyat fondlardan istifadə etməyə üstünlük verəcək. Əlavə vergilər isə yalnız son variant kimi, daha çox lüks istehlak sahələrini hədəfləyə bilər”
Beləliklə, “varlı təbəqə üçün əlavə vergi” modeli tam istisna olunmasa da, hazırkı şəraitdə genişmiqyaslı vergi artımlarının gündəmdə olmadığı bildirilir.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










