Əhaliyə ŞAD XƏBƏR: 700 mindən çox vətəndaşın maaşı artacaq

Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?
Məsələ ilə bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən məsələyə hər il baxılacaq.
O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əməkhaqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:
"Bu, minimum əməkhaqqında artımların dövrliyini təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum əməkhaqqı ilə bağlı artımlarda dövrlik mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əməkhaqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əməkhaqqında artıma səbəb olacaq"./oxu.az
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












