Elektromobillərdən son günlər niyə qəribə səslər gəlir? – ELÇİN ABBASOV SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Son həftələrdə Bakıda elektrik avtomobillərindən gələn səslər sürücülərin narazılığına səbəb olub. Belə ki, nəqliyyat vasitəsindən fen səsinə bənzər vıyıltı səsi eşidilir və bu, nəqliyyat vasitəsində ciddi nasazlığın olmasına işarə edir. Sürücülərin bir qismi problemin maşının ön paçevnikindən qaynaqlandığını bildirsə də, digər bir qism sükan mexanizminin deformasiyaya uğramasından yarandığını düşünür.
Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, Çin avtomobilləri də digər avtomobillər kimi asqı sisteminə malikdirlər və bu asqı sistemi də universal asqı sistemidir, yəni başqa avtomobillərdə olan sistemlərdəndir.

“Bu avtomobillərdə hansısa səslərin gəlməsi əksər halda hansısa texniki həllərinin doğru həyata keçirilməməsi və ya hansısa qulluğun düzgün olunmaması nəticəsində baş verir. Məsələn, əgər avtomobil hərəkət edərsə, ondan diyircəkli yastıq səsi gəlirsə və avtomobil yüksək sürətlə hərəkət edəndə hansısa kənar səslər gəlirsə, bunun səbəbini əksər halda differensial ilə əlaqələndirmək olar, differensialın yağını yoxlamaq lazımdır.
Ölkəmizdə olan müasir Çin maşınları plug-in hibrid, hibrid və elektromobillərdir və bunlarda da elektrik mühərrikindən sonra ən vacib element reduktordur. Reduktorun yağının düzgün dəyişilməsi, ona düzgün qulluğ edilməsi bu səslərin qarşısını ala bilər. Əslində bu avtomobillərdən ilkin problem kimi yağın miqdarının az olması göstərilir və buna görə də avtomobillə hərəkətə başlamazdan əvvəl onda yağın səviyyəsini yoxlamaq lazımdır ki, reduktorda baş verə biləcək yeyintilərin qarşısını almaq mümkün olsun. Bundan əlavə, sükan mexanizmdə də bəzən səslər gəlir, bu da bəzi modellərdə mümkündür və orada yerləşən ötürmə elementlərinin lüftünün daha çox olması ilə əlaqədərdir.
Onu da qeyd edim ki, bütün bu problemləri aradan qaldırmaq mümkündür və imkan daxilində bunu tez etmək lazımdır ki, daha bahalı təmirlə üzləşilməsin”.
Səfər
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO
Avtobusda ödəniş etməsəniz sürücü CƏRİMƏLƏNƏCƏK
Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!










