Əmək bazarının görünməyən üzü; Stress tələb edən peşələri PSİXOLOQ AÇIQLADI

Müasir əmək bazarında peşə seçimi təkcə maaş və karyera imkanları ilə deyil, işin psixoloji yükü ilə də ölçülür. Azərbaycanda elə sahələr və vəzifələr var ki, vakansiya elanlarında tez-tez stressə davamlılıq, gərgin iş rejiminə uyğunlaşma, təzyiq altında işləmək bacarığı kimi tələblər açıq şəkildə qeyd olunur. Bu isə onu göstərir ki, bəzi sektor və peşələrdə iş prosesi daha yüksək məsuliyyət, zaman təzyiqi və emosional gərginliklə müşayiət olunur. Hansı sahələrin daha stresli hesab edilməsi, bu stressin nədən qaynaqlandığı və bunun işçilərin psixoloji vəziyyətinə necə təsir göstərdiyi isə cəmiyyətdə müzakirə məsələsinə çevrilib.

Bununla bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial-iqtisadi şərait, əmək bazarındakı qeyri-sabitlik, məsuliyyət yükü və emosional təzyiq bəzi peşələri xüsusi risk qrupuna çevirir:
“Səhiyyə işçiləri emosional tükənmişliyin ən çox müşahidə edildiyi sahələrdəndir. Daim insan həyatı ilə üz-üzə qalmaq, ölüm qorxusu, məsuliyyət hissi və gecə növbələri, xroniki stress, yuxusuzluq, təşviş pozuntuları, empatiya itgisi ilə nəticələnir. Uzunmüddətli perspektivdə bu, həm psixosomatik xəstəliklərə, həm də peşədən soyumaya səbəb olur.
Müəllimlər və təhsil işçiləri cəmiyyətdə çox vaxt görünməyən, amma ağır emosional yük daşıyan peşələrdəndir. Aşağı sosial qiymətləndirmə, yüksək gözlənti, valideyn təzyiqi və şagird davranışları, daimi daxili gərginlik, özünə inamın azalması, emosional boşalma yaradır. Müəllim uzun müddət vermək məcburiyyətində qalan, amma psixoloji olaraq dolmayan tərəf olur.
Hüquq-mühafizə orqanları və hərbi qulluqçularda stress daha çox təhlükə, nəzarət və emosiyaların basdırılması ilə əlaqəlidir. Güc strukturlarında çalışan şəxslərdə aqressiyanın daxilə yönəlməsi, emosional donuqluq, travma sonrası stress pozuntusu halları geniş yayılıb. Problemin əsas kökü hisslərin ifadəsinə icazə verilməməsidir.
Daim neqativ informasiya axını, ictimai təzyiq və təhlükəsizlik riski jurnalistləri və media nümayəndələrini psixoloji cəhətdən zəif nöqtəyə gətirir. Bu peşədə informasiya tükənməsi, kinizm,reallıqdan emosional uzaqlaşma tez-tez müşahidə olunur. Beyin fasiləsiz təhlükə siqnalları ilə işləyir. Satış, bank və xidmət sektoru stressin mənbəyi insan faktoru və nəticə təzyiqidir. Plan, müştəri narazılığı, daimi performans qorxusu, özünü dəyərsiz hiss etmə, depressiv əlamətlər yaradır.
Uzunmüddətli peşə stressi arterial təzyiq, mədə-bağırsaq problemləri, immun sisteminin zəifləməsi, depressiya, təşviş, emosional tükənmə kimi psixoloji nəticələr doğurur. Ən təhlükəli məqam isə budur: insan bu vəziyyəti normallaşdırır və “hamıda belədir” deyərək, kömək istəmir. Azərbaycanda peşə stressinə hələ də “zəiflik” prizmasından baxılır. Halbuki bu, psixoloji sağlamlıq məsələsidir və vaxtında müdaxilə edilməzsə həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi nəticələr doğurur”.
Nurcan Babək
Azərbaycanda inkluziv təhsil ürəkaçan vəziyyətdə deyil - TƏHSİL EKSPERTİ
Müharibələr uşaqların psixologiyasına necə təsir göstərir? - Psixoloq AÇIQLADI
Azərbaycanın tanınmış şəxsi orqanlarını bağışladı - FOTO
Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO
Keçid var, yol yoxdur - Piyadalar niyə qaydanı pozur və cərimələnir?
Özəl və dövlət məktəbləri arasında hansı keyfiyyət fərqi var? - Ekspert AÇIQLADI
Qlobal trendlər milli informasiya mühitinə necə təsir göstərir? – Qulu Məhərrəmli AÇIQLADI
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Satıcı üstü yazılı pulu götürmürsə, nə etməliyik? - RƏSMİ AÇIQLAMA
Maaş və sosial ödənişlərlə bağlı YENİ QAYDA
Tikintidə təhlükəsizlik qaydalarına nəzarət işçilərin həyatı üçün yetərlidir? - Ekspert AÇIQLADI










