Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Əməkdar artist Elza Seyidcahan "Günə uğurla" verilişində qonaq olub. Avtosfer.az xəbər verir ki, ifaçı tez-tez taksidən istifadə etdiyini və onu tanımayan sürücülərə irad bildirdiyini açıqlayıb: "Yollarda xətlər artıb. Gördüm ki, çox cərimə ödəyirəm, taksidən istifadəyə keçdim. Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm". Otururam yanlarında, psixoloq kimi danışıram. İnanmırlar ki, Elza Seyidcahanam.
Gülürlər. O gün bir sürücüyə rast gəldim. İçərişəhərə gedirdik. Ora daxil olan kimi başladı İçərişəhəri təhqir etməyə. Düşəndə pulunu verib dedim ki, adam öz yaşadığı ölkə haqqında belə danışmaz. Mən də Elza Seyidcahanam. Mənə dedi ki, sizi tanıdım, "Hozu" filmində görmüşdüm. Cavab verdim ki, elə sən özün də hozusan. Bir bəstəkarı, onun mahnılarını tanımırsan".
E.Seyidcahan bəzi aparıcıların belə onu tanımadan efirə dəvət etməsini qınayıb:
"Bizim camaat, hətta bəzi aparıcılar da öz sənətkarlarını tanımırlar. O gün efirə dəvət almışdım. Guya aparıcıdır, məni də tanımır. Deyir ki, siz gələndə insanlar geyimlərinizi görür, üzlərində gülüş yaranır. Elə bil meymunam. Axırda veriliş bitdi. Başqası olsa, aparıcının o sözündən sonra çıxıb gedərdi. Kanala hörmət etdiyim üçün sona qədər oturdum. Ona sonda dedim ki, geridə qalmısan. Redaktorunuz yoxdur ki, gələn qonağın kim olduğunu desin". (axşam.az)

Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












