Energetik içkilər görmə orqanına neqativ təsir edir - MÜTƏXƏSSİS

Həkim-oftalmoloq kimi praktik fəaliyyətimdə tez-tez göz yorğunluğu, quruluq, "gözdə qum" hissi, görmənin müvəqqəti yaxud qalıcı zəifləməsi, hətta itirilməsi ilə müraciət edən pasiyentlərlə rastlaşıram. Bu kliniki halların bir hissəsinin səbəbi energetik içkilərin müntəzəm qəbuludur. Avtosfer.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında həkim-oftalmoloq Günay Zeynalova söyləyib. Həkim bildirib ki, 1 fincan qəhvə (240 ml) təxminən 100 mq kofeinə bərabərdir. Energetik içkilərdə bu miqdar çox fərqli ola bilər; bəziləri bir fincan qəhvədən xeyli çox, digərləri isə azdır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər.
Onun sözlərinə görə, energetik içkilərin əsas tərkib hissəsi olan kofein sidikqovucu təsirə malikdir və orqanizmdə maye itkisinə səbəb olur. Bu göz səthinə təsir göstərərək gözdə yad cisim hissiyatı, qızartı şikayətlərinə səbəb olaraq "quru göz sindromu"nun yaranması və ya mövcud olduğu halda, güclənməsinə yol açır.
Həkimin fikrincə, xüsusilə kompüter və telefon qarşısında uzun müddət çalışan şəxslərdə bu əlamətlər daha kəskin olur. Energetik içkilərin əsasən axşam saatlarında qəbulu yuxu rejimini pozur. Xroniki yuxusuzluq görmə yorğunluğunu artırır və mövcud göz problemlərini ağırlaşdıra bilir. Bundan əlavə, arterial təzyiqin kəskin dəyişməsinə və damar spazmına, damar keçiriciliyinin pozulmasına səbəb olur. Yəni görmə orqanımızın qanla təchizatına mənfi təsir göstərir və nəticədə görmə itiliyinin zəifləməsinə, itirilməsinə yol aça bilər.
"Bu içkilər yalnız görmə orqanına deyil, ürək-damar, sinir, mədə-bağırsaq sistemlərinə də neqativ təsir edir. Belə ki, energetik içkilərin mütəmadi istifadəsi aritmiya, qan təyziqin yüksəlməsi - hipertoniya, insult, infarkt, depressiya, artıq çəki problemi, şəkərli diabet kimi xəstəliklərin inkişafına yol açır. Tərkibində olan vitamin və elektrolitlər bu içkiləri faydalı etmir, yorğunluğu qısamüddətli aradan qaldıraraq onların neqativ təsirlərini ört-basdır edir", - deyə müsahibimiz qeyd edib.
Həkim təvsiyə edib ki, hər bir vətəndaşın sağlamlığının qorunması üçün bu içkilərin istifadəsinin məhdudlaşdırılması, uşaq və hamilələrin, müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin isə dayandırması məqsədəuyğundur.
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri










