Ərzaq üçün ödənilən aylıq pulun artırılması təklif olundu – HƏRBÇİLƏRƏ ŞAD XƏBƏR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Avtosfer.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva çıxışı zamanı qeyd edib ki, bir sıra məsələlərdə vətəndaşların hüquqlarının təminatı istiqamətində işlərin görülməsinə ehtiyac var. Bu məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üçün 2026-cı ilin dövlət büdcəsindən vəsait ayrılması əhəmiyyət kəsb edir:

“Belə ki, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadənin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi;
- orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması olduqca zəruridir.
Qeyd olunan təkliflərlə yanaşı:
- “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2009-cu il tarixli Qərarı” ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsinə;
- “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılmasına (hazırda, hər iş saatı üçün 35 qəpik müəyyən edilib);
- borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrasının təmin edilməsi və borcun ödənilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulmasına;
- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına da ehtiyac vardır.
Bundan başqa, son dövrlərdə Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərə əsəsən Müvəkkilə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları və Uşaq hüquqları haqqında Konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının verilməsini, həmçinin dövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac vardır.
Ümid edirəm ki, qeyd olunan təkliflər ölkə üzrə müəyyən edilmiş prioritetlər, maliyyə durumu və büdcənin vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcəkdir”.
Səfər
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri
Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? - Fantastik rəqəmlər








