Ev almaq, yoxsa tikdirmək daha ucuz başa gəlir? - AÇIQLAMA

"Əgər söhbət geniş sahəli, villa tipli və xüsusi dizaynlı fərdi yaşayış evlərindən gedirsə, bu halda evin sıfırdan tikdirilməsi daha məqsədəuyğun sayılır". Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, belə evlərdə insan öz zövqünə uyğun planlama, istifadə olunacaq materialların keyfiyyəti və texniki detallar üzərində birbaşa nəzarət imkanı əldə edir:
"Bunun üçün əvvəlcə torpaq sahəsi alınır, daha sonra isə layihə və təsdiqlənmiş plan əsasında tikinti aparılır. Lakin kiçik sahəli həyət evləri – xüsusilə də bazarda "makler evləri" və ya hazır paket kimi təqdim olunan tikililər kontekstində vəziyyət bir qədər fərqlidir. Bu halda hazır ev almaqla tikdirmək arasında qiymət fərqi ciddi ola bilər. Çünki vətəndaş evi özü tikdirdikdə, materialların pərakəndə qiymətlə alınması, ustalarla ayrıca razılaşmalar və prosesin idarə olunması yekunda əlavə xərclərə səbəb ola bilir. Digər tərəfdən, tikinti şirkətləri və bu sahədə daimi fəaliyyət göstərən briqadalar materialları topdan və daha ucuz qiymətə əldə etdiklərinə, həmçinin eyni işçi heyəti ilə işlədiklərinə görə evi nisbətən aşağı maya dəyəri ilə inşa edə bilirlər. Bu səbəbdən, vətəndaşın fərdi şəkildə tikinti aparması çox zaman düşündüyündən baha başa gəlir".
Vüqar Oruc həmçinin deyib ki, əgər vətəndaşın tikinti sahəsində təcrübəsi, prosesi izləmək üçün vaxtı və texniki bilikləri varsa, evi özünün təşkil etməsi həm daha ucuz, həm də daha keyfiyyətli nəticə verə bilər:
"Çünki bazarda fəaliyyət göstərən bəzi tikinti qrupları maksimum qazanc əldə etmək üçün ucuz materiallara və zəif işçi qüvvəsinə üstünlük verir. Bu isə gələcəkdə təhlükəsizlik, dayanıqlıq və keyfiyyət problemlərinə yol aça bilər.
Məhz buna görə də iki optimal seçim mövcuddur:
- ya etibarlı, təcrübəli və keyfiyyəti ilə tanınan şirkətlərə müraciət etmək,
- ya da bütün prosesi vətəndaşın özünün birbaşa nəzarət etdiyi fərdi tikinti modeli.
Hazır evlərə gəldikdə isə, əgər alıcının xüsusi dizayn tələbləri, fərqli planlama istəyi yoxdursa, bazarda artıq tikilmiş evlərin alınması daha sərfəli ola bilər. Xüsusilə də nəzərə alsaq ki, bir neçə il əvvəl tikilmiş evlər indiki inşaat materiallarının bahalaşması fonunda yeni tikililərlə müqayisədə daha ucuz qiymətə təklif olunur".
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










