Ev hər an sakinlərin başına uça bilər - Təhlükə var, baxan yoxdur - VİDEO

Şamaxı şəhəri Abbas Səhhət küçəsində yerləşən fərdi yaşayış evlərindən biri qəzalı vəziyyətə düşüb. Məlumata görə, evdə ilk çatlar 2019-cu ildə baş verən zəlzələ zamanı yaranıb. Sonuncu dəfə isə 2026-cı il yanvarın 19-da qeydə alınan zəlzələ nəticəsində divarlarda yeni çatlar əmələ gəlib, tavan örtüyü uçub və ev yaşayış üçün təhlükəli hala düşüb.
Ev sahibi Natiq Babayev qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun şikayətinə baxılmayıb:
"2019-cu ildə güclü zəlzələ oldu, evim qəzalı vəziyyətə düşdü. İndi isə ardıcıl zəlzələlərdən sonra vəziyyət daha da pisləşib. Evdə yaşamaq mümkün deyil, ailəm qohumlarımın evində qalır".
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq komissiyası rayonumuza ezam olunub. Komissiya Şamaxı şəhəri Abbas Səhhət küçəsi, ev 2 ünvanında yaşayan Babayev Natiq Ələmdar oğluna məxsus fərdi yaşayış evinə də baxış keçirib və onun təmirə ehtiyacı olduğuna dair qərar verib.
Məsələ ilə əlaqədar podraçı təşkilat layihə-smeta sənədlərinə uyğun olaraq təmir işlərini həyata keçirib. Vətəndaş fərdi yaşayış evində fiziki köhnəlmə və digər səbəblərdən sonradan yaranan fəsadların aradan qaldırılmasına özü cavabdehdir. 2026-cı ilin yanvarın 19-da rayonda baş verən zəlzələ ilə bağlı isə qurumdan bildirilib ki, Natiq Babayev 2025-2026-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etməyib.
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










