Evlilik həyatında bu daha təhlükəlidir – Ailələri dağıdan vacib məqam

Son dövrlərdə işsizlik mövzusu yalnız iqtisadi deyil, həm də psixoloji baxımdan ciddi müzakirə predmetinə çevrilib. Xüsusilə işsizliyin uzun müddət davam etməsi ailədaxili münasibətlərə və fərdin psixoloji vəziyyətinə təsiri ilə diqqət çəkir.
Avtosfer.az-ın məlumatına görə, psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlamasında bildirib ki, işsizliyin ilk təsirləri əsasən ailənin maddi təminatında yaranan çətinliklər və ailə daxilində rol dəyişiklikləri ilə özünü göstərir. Onun sözlərinə görə, bu dəyişikliklər ailə üzvləri arasında əlavə gərginlik yaradır:
“İşsizliyin uzanması ilə ailədə həm maddi sıxıntılar artır, həm də ər, arvad, ata və ana rollarında müəyyən dəyişikliklər baş verir. Bu isə münasibətlərdə narahatlıq və təzyiq hissini gücləndirir.”
Psixoloq qeyd edir ki, bu vəziyyət ailədaxili münasibətlərə də birbaşa təsir edir. Belə ki, zaman keçdikcə gərginlik artır, səbirsizlik halları çoxalır, uşaqlara qarşı dözümsüzlük və emosional partlayışlar müşahidə olunur:
“Uzunmüddətli işsizlik insanlarda qeyri-müəyyənlik hissini gücləndirir. Əslində, ən böyük stress mənbəyi də məhz gələcəyin necə olacağının bilinməməsidir. Bu isə ümumi psixoloji fonu daha da ağırlaşdırır.”
Bununla belə, Vüsalə Rüstəm işsizliyin bəzi müsbət tərəflərinin də olduğunu vurğulayıb. Onun fikrincə, bu dövr insanın özünü daha yaxşı tanıması və fərdi inkişafı üçün fürsət yarada bilər:
“İnsan tək qaldıqda, gündəlik rutin və dar çevrədən uzaqlaşdıqda özünü daha yaxşı dərk etməyə başlayır. Bu müddətdə yeni biliklər əldə etmək, dil öyrənmək, texnologiya sahəsində inkişaf etmək və hətta fərqli peşə istiqamətlərində özünü sınamaq mümkündür.”
Psixoloq əlavə edib ki, işsizliyin ardından iş həyatına qayıdış da həm müsbət, həm də mənfi tərəflərlə müşayiət olunur. Onun sözlərinə görə, işə qayıdış ilk növbədə insanın özünə inamını bərpa edir və psixoloji rahatlıq yaradır:
“Lakin müəyyən fasilədən sonra iş mühitinə adaptasiya olmaq, kollektivə uyğunlaşmaq bəzən çətinlik törədə bilər. Bu da əlavə psixoloji gərginlik yaradan amillərdən biridir.”
Vüsalə Rüstəm hesab edir ki, işsizlik dövrünün düzgün idarə olunması və psixoloji baxımdan sağlam yanaşma həm bu mərhələni daha yüngül keçirməyə, həm də sonrakı iş həyatına daha hazırlıqlı şəkildə qayıtmağa kömək edə bilər.
Çimərliklərdə qiymət özbaşınalığı - Kim nəzarət etməli?
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları göstərdi
Paytaxt üçün təhlükəli saatlar başladı - ƏHALİYƏ XƏBƏRDARLIQ
Zabrat sakinləri yenə işıqsız qalıb, qurumdan reaksiya yoxdur - ŞİKAYƏT
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?










