Eyni mobil tətbiq və ya bank kartı üzərindən neçə skuter kirayələmək olar? – “BOLT”dan AÇIQLAMA - FOTO

Son illərdə dünyada olduğu kimi Azərbaycanda da elektrikli skuterlərin istifadəsi sürətlə artıb. Şəhərdaxili qısa məsafələrin daha sürətli, qənaətcil və ekoloji baxımdan zərərsiz şəkildə qət edilməsi bu nəqliyyat vasitələrinin populyarlığını artırır.
Avtosfer.az xəbər verir ki, skuterlərin istifadəsi ilə bağlı bəzi texniki və təşkilati məsələlər hələ də müzakirə mövzusudur.
Hazırda paytaxtda fəaliyyət göstərən skuter şirkətləri əsasən mobil tətbiqlər üzərindən idarə olunur. İstifadəçi tətbiqi yükləyərək qeydiyyatdan keçir, skuterin üzərindəki QR kodu telefona oxudur və bir neçə dəqiqə ərzində vasitəni aktivləşdirərək hərəkətə başlaya bilir.
Maraqlı məqamlardan biri də odur ki, bəzi hallarda bir tətbiqdən eyni anda yalnız bir skuter aktivləşdirilə bilir. Bu xüsusən ailəvi gəzintilər və ya dostlarla birlikdə istifadədə çətinlik yaradır. Bir neçə şirkət artıq bir tətbiqdən birdən çox skuterin eyni vaxtda işə salınması imkanını tətbiq edib. Bu həm istifadə rahatlığı, həm də qrup halında hərəkət edən vətəndaşlar üçün daha əlverişlidir. Vətəndaşlar sosial şəbəkələrdə yazdıqları rəydə bu çətinliklərlə bir neçə operator şirkətin skuterlərində qarşılaşıblar.

Məsələ ilə bağlı “Bolt”un mətbuat katibi Nigar Kazımova Avtosfer.az-a açıqlamasında bildirib ki, şirkətə məxsus stukerlərdən istifadə zamanı bir tətbiq ilə özündən əlavə 4 nəfər üçün də skuter kirayələmək mümkündür.
Elektrikli skuterlər Azərbaycanda şəhər nəqliyyatının mühüm alternativlərindən biri kimi formalaşır. Doğru tətbiq modelləri, rahat ödəniş sistemləri və alternativ həll yolları ilə onların istifadəsi həm vətəndaşlar üçün daha əlçatan, həm də şəhər həyatına uyğun hala gətirilə bilər.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












