Gəncədə fəhlələrin işdən çıxarılması iddialarına cavab: "Baş nazirin qərarıdır"

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) əməkdaşları saytımıza müraciət ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a daxil olan müraciətdə deyilir ki, 2026-cı ilin yanvar ayından başlayaraq Gəncə Şəhər MKTİB tərəfindən fəhlələrin işdən çıxarılmasına başlanılıb:
"Rəhbərlik bizə ərizə yazdırıb işdən öz xahişimizlə çıxmağımızı əmr edirlər. Əks halda bizi işdən Əmək Məcəlləsinin 70 "ç" maddəsi ilə işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir. İşdən çıxarılsaq, ailələrimiz ac qalacaq".
İddialarla bağlı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:
"İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir.
“Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir", - deyə əlavə edilib.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










