Gənclərimizi “zəhərləyən” “Bizon”u ölkəyə kim gətirir? — DEPUTATDAN AÇIQLAMA

Enerji içkilərinin insan orqanizmində bir çox ciddi fəsadlara yol açdığı, hətta, bəzi hallarda ölümcül olduğu məlumdur. Lakin təəssüf ki, ölkəmizdə bu içki növü, xüsusən gənclər arasında çox populyardır. Azərbaycana “Bizon” və bu kimi digər enerji içkiləri Ceyhun Abbasovun rəhbərlik etdiyi “Avrora” şirkəti tərəfindən gətirilir.
Bəs gənclərimizin bu zərərli içkilərlə “zəhərlənməsinin” qarşısı necə alına bilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Demokrat.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, enerji içkilərinin zərərləri barədə deyilənlərə baxmayaraq, istifadə edənlərin sayında azalma yoxdur, hətta artım var:

“Təəssüflər olsun ki, xüsusən gənc nəsil, yetkinlik yaşına çatmayanlar bu içkilərdən olduqca həvəslə istifadə edir. İlkin dövrlərdə belə bir təbliğat aparılmışdı ki, enerji içkilərindən istifadə əhval-ruhiyyəni yaxşılaşdırır, əmək qabiliyyətini artırır və s. Amma bu, olduqca zərərli vərdişdir. Enerji içkilərinin tərkibi ilə bağlı da ziddiyyətli məlumatlar var”.
Deputat bildirib ki, enerji içkilərinin ölkəyə buraxılmaması və satışının qadağan edilməsi istiqamətində mütləq addımlar atılmalıdır:
“Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vasitəsilə enerji içkilərinin ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Yetkinlik yaşına çatmayanlara, xüsusən məktəblilərə enerji içkilərinin satılması qadağan edilməlidir. Bu içkilərin zərərli olması ilə bağlı maarifləndirmə işləri də artırılmalıdır. İstər ailədə, istər məktəblərdə bu içkilərin insanda ciddi fəsadlara səbəb ola biləcəyi ilə bağlı insanlar maarifləndirilməlidir. Dövlət qurumlarının, xüsusən AQTA-nın prosesə nəzarət etməsi, bir çox mənşəyi bəlli olmayan enerji içkilərinin ölkəyə idxalının qarşısının alınması və satışının qadağan edilməsi bizi bu bəladan qurtara bilər”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










