Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 5 355 layihənin maliyyələşdirilməsinə (il ərzində 13,4 % çox) 290,4 milyon manat məbləğində (54,3 %) güzəştli kredit verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin hesabına 3 865 yeni iş yerinin yaradılması planlaşdırılır.
Verilmiş kreditlərin 46,2 %-i sənaye məhsullarının istehsalı və emalına, 44,1 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 7,1 %-i xidmət, 2,6 %-i isə digər sahələrin payına düşüb.
On ay ərzində maliyyələşdirilmiş layihələrin 99,7 %-i mikro (93,7 %), kiçik (4 %) və orta sahibkarlıq (2 %) subyektlərinin payına düşüb.
Ayrılmış güzəştli kreditlərin ümumi məbləğinin 89 %-ni mikro (60,4 %), kiçik (14,7 %) və orta (13,9 %) biznes subyektləri əldə edib.
Hesabat dövründə kreditlərin böyük hissəsi "Bank Respublika" ASC-nin xətti ilə verilib. Cari ilin yanvar-oktyabr aylarında bank sahibkarlara ümumi məbləği 58,9 milyon manat olan (1 579 layihə üzrə) güzəştli kredit verib. Verilən kreditlərin həcminə görə TOP-5-ə həmçinin "PASHA Bank" ASC daxildir ki, bu xətt üzrə 35 milyon manat, daha sonra "Yelo Bank" ASC - 32,3 milyon manat (1 108 layihə üzrə), "Kapital Bank" ASC - 31,4 milyon manat (342 layihə üzrə) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) - 30 milyon manat bölüşdürülüb.
Xatırladaq ki, 2024-cü ildə ABİF-in vəsaitləri hesabına maliyyələşdirilən sahibkarlıq subyektlərinin sayı 5 722 olub (+74,3 %) və bunun ümumi məbləği 248,1 milyon manat (+28 %) təşkil edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












