Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyət göstərməyəcək.
Qərarın əsas məqsədi işçilərin rifahının qorunması, istirahət hüququnun təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıdır. Bildirilir ki, bu addım həm obyekt sahiblərinin, həm də personalın iş yükünün balanslaşdırılmasına xidmət edəcək. Xüsusilə bir neçə məkana sahib olan sahibkarlar üçün iş prosesinin daha səmərəli təşkili hədəflənir.
Bununla belə, çərşənbə axşamı günü tədbir keçirmək istəyən müəssisələr üçün istisna mexanizm nəzərdə tutulub. Belə hallarda obyektlər vəziyyəti əvvəlcədən yazılı şəkildə Palataya bildirməlidirlər.
Qərara əməl etməyən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyi qeyd olunur./milli.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












