Hər kəs şəhərdən kəndə axın edəcək - Müjdə verildi

Milli Məclisin ötən gün keçirilən iclasında Azərbaycana ABŞ-dan kənd təsərrüfatı sahəsinə iri həcmli investisiyaların cəlb olunacağı ilə bağlı açıqlamalar səsləndirilib. Bildirilib ki, söhbət bir neçə milyard dollar həcmində investisiyadan gedə bilər. Çıxış zamanı vurğulanıb ki, ABŞ-dən ixtisaslı mütəxəssislərin Azərbaycana dəvət olunması kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər.
Eyni zamanda qeyd edilib ki, 2023-cü ildən etibarən ölkədə kənd təsərrüfatı istehsalında azalma müşahidə olunur və bu, ərzaq məhsullarının idxalının artmasına səbəb olub. Mövcud şəraitdə bu sektora xarici investisiyaların cəlb edilməsi xüsusilə vacib hesab olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və ABŞ arasında imzalanmış siyasi tərəfdaşlıq sazişi bir sıra istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur və aqrar sektor da bu prioritet sahələrdən biridir:
"Sənəddə ABŞ investisiyalarının kənd təsərrüfatına yönəldilməsi xüsusi yer tutur. ABŞ bu gün dünyada intensiv kənd təsərrüfatı modeli formalaşdırmış, nisbətən az xərclə yüksək məhsuldarlıq əldə edən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan Amerika təcrübəsi Azərbaycan üçün maraqlı və faydalı ola bilər".
Deputat bildirib ki, əməkdaşlıq çərçivəsində yüksək məhsuldar bitki sortlarının və heyvandarlıq cinslərinin Azərbaycana gətirilməsi, müasir aqrar komplekslərin yaradılması, innovativ suvarma və idarəetmə sistemlərinin tətbiqi mümkündür:
"Bu, təkcə daxili bazarın təminatı baxımından deyil, həm də Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Söhbət yalnız investisiya qoyuluşundan deyil, kompleks yanaşmadan gedir. Texnologiya transferi, müasir idarəetmə modeli, logistika imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması kimi məsələlər bu əməkdaşlığın əsas komponentləridir".
Aydın Mirzəzadə həmçinin vurğulayıb ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir:
"Cənab Prezident çıxışında son 20 ildə ölkə iqtisadiyyatına ümumilikdə 350 milyard dollardan çox investisiya qoyulduğunu, həm yerli, həm də xarici investorların maraqlarının və gəlirlərinin qorunduğunu xatırladıb. Bu, Azərbaycanın investisiya mühiti baxımından etibarlı tərəfdaş olduğunu göstərir. ABŞ-ın aqrar sahədəki təcrübəsi Azərbaycan üçün maraqlıdır və bu istiqamətdə əməkdaşlığın genişlənməsi kənd təsərrüfatında məhsuldarlığın və səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".
Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
Bazar ertəsi hava dəyişəcək: 40 dərəcə isti
Parkinq yeri rekord qiymətə satışa çıxarıldı - 958 min manata
Asfalt qızacaq, nəfəs almaq çətinləşəcək - Sabah üçün vacib xəbərdarlıq
İstirahətə az pul xərcləmək istəyənlərin NƏZƏRİNƏ! - Avropanın ən ucuz ölkələri
Sürücülərin tıxacda yaratdığı təhlükə - Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?
Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...










