Hər kəs Tovuzdakı bu görüntülərdən danışır — AÇIQLAMA

Tovuz rayonunda yerləşən və yerli sakinlər arasında “pir” kimi tanınan ziyarətgahın görüntüləri sosial şəbəkələrdə yayılıb. Rayon kəndlərinin birində yerləşən bu ziyarətgahda insanlar ağacın ətrafına fırlanaraq dilək tuturlar. İnama görə, “dilək ağacı”nın başına dolanmaq və ürəkdən arzu tutmaq diləklərin qəbul olunmasına səbəb olur.
Avtosfer.az bildirir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, dünya görüşü formalaşmamış insanlar bu cür məsələlərdən hansısa möcüzəvi dəyişiklik gözləyir:
“Talelərinin bir anda yaxşılığa doğru dəyişəcəyinə inanırlar. Onlar düşünürlər ki, hansısa kahinlik və ya oxşar inanclar vasitəsilə həyatları yaxşı istiqamətdə dəyişə bilər. Bunu müəyyən mənada qınamaq da olar. Çünki bu, birbaşa təhsil və mədəniyyətlə bağlı məsələdir. Əslində bu, cəmiyyət olaraq qarşılaşdığımız köklü problemlərdən biridir və tarixi xarakter daşıyır. Bu kimi yanaşmaların aradan qalxması yalnız təhsil, bilik, savadlanma və sağlam dünya görüşünün formalaşdırılması ilə mümkündür. İnsan nə qədər məlumatlı, düşünən və analitik yanaşmaya sahib olarsa, bu cür təsadüfi və əsassız inanclara bir o qədər az meyil edər. Əslində günümüz budur”.
Qeyd edək ki, sözügedən görüntülərin Xıdır Nəbi bayramı ilə əlaqəli olduğu deyilir. Xalq təqvimində qışın ən çətin dövrü sayılan Böyük Çillə ilə Kiçik Çillənin kəsişməsində qeyd olunan Xıdır Nəbi bayramı təbiətin oyanışına, bərəkətə və dirilişə olan inamı simvolizə edir. Qədim köklərə malik olan bu el bayramı fevral ayının ortalarına təsadüf edir və insanlar arasında torpağın nəfəs alması, soyuqların artıq geri çəkilməyə başlaması kimi qəbul olunur. Bayramın əsas atributu sayılan qovudun hazırlanması, ailə üzvlərinin bir araya gəlməsi və Xıdırın şəxsində darda qalanların köməyinə çatan qüvvəyə olan inam bu günün mahiyyətini təşkil edir. Hətta inanca görə, gecə Xıdır Nəbi gəlib qovuda toxunarsa, həmin ilin ruzi-bərəkətli keçəcəyi gözlənilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












