İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI

Artıq bir müddətdir ki, sosial şəbəkələrdə özünü başqası ilə müqayisə edərək bahalı telefonlar, geyimlər, çantalar alanların özlərini diqqət mərkəzində saxlama cəhdləri müşahidə edilir. Belə ki, “Tik-Tok”un hansısa xanım fenomeninin sosial şəbəkədə telefonunun son model “iPhone” olmasına iaşrə etməsi, yaxud geyimini hansısa brend butikdən, mağazadan aldığını göstərməsi adi hala çevrilir. Bu istər şəbəkənin Türkiyə, istər Avropa, istərsə də Azərbaycan seqmentində müşahidə edilir. Nəticədə isə insanlar bir-birilə prinsip apararaq böyük kreditlər, borclar yükünün altına girir. Ya da onu sevəni bu yükün altına salır. Bəs bu duyğular nədən yaranır? Bu insanların başqaları ilə bu cür çirkin rəqabət hissi nədən yaranır?
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Mövzu ilə bağlı psixoloq Aygül məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, yetərsizlik duyğusu və doyumsuzluq hissindən qaynaqlanır. Daha əvvəl basdırılan duyğular bir müddətdən sonra, artıq insan öz maddi azadlığını əlinə alandan sonra istədiyi, ehtiyac duyduğu və duymadığı bir tələbatını ödəməyə başlayır.

“Təbii ki, haqlı olaraq hər kəs ehtiyacı qədərini almalıdır, amma ehtiyacımız olmadığı təqdirdə belə nu cür məhsullara pul xərcləməyimiz nəyəyəsə işarədir. Diqqət eləsəz, bunu hal-hazırda edənlərin böyük əksəriyyəti uşaqlığında ciddi şəkildə maddi çətinliklər yaşamış və daha sonra özü təkbaşına hər şey əldə eləyən, bunları - bahalı marka telefonlar, geyimlərə üstünlük verən insanlar adətən uşaq vaxtı daha çox yoxluq görmüş, qıtlıq düşüncəsi ilə böyümüş insanlar olurlar və o yüzdən də artıq bir müddət keçəndən sonra ya evlənəndən sonra və yaxud da işləyib öz əmək haqqısını istədiyi kimi daha çox qazanandan sonra artıq bunu yalnız özünə deyil, ailə cürlərinə də etməyə başlayır. Məsələn uşağına, həyat yoldaşına və digərlərinə. Məsələn, təbii ki, yaxşı, səliqəli, gözəl geyinmək hər kəsin haqqıdır, amma əgər biz bunu ehtiyacımız olmadığı təqdirdə belə başqası ilə müqayisə edib, bu kimi davranışları sərgiləyiriksə, bu, bir az da bizim ata modelimizə bağlı olur.
Bildiyiniz kimi, ata modeli, yəni kişi həm gücü, həm maddiyyatı simvolizə edir, ona görə də bizim yetərsizlik duyğumuz varsa, bu, birbaşa olaraq atamızdan qaynaqlanan bir hal olur və bunu etdiyimiz təqdirdə belə yenə də özümüzü yetərli, dəyərli görə bilmirik. Çünki o boşluğu bahalı marka geyimlərlə təbii ki, doldurmağımız qeyri-mümkündür və yaxud da çətindir. Bu səbəbdən yana da adətən insanlar daha bahalı və ehtiyacları olduğu-olmadığı təqdirdə bu kimi şeylərə baş vura bilirlər”.
Səfər
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











