İctimai nəqliyyatda qiymətlər artırılacaq? - Dövlət qurumlarından reaksiya ...

Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc konkret.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə bağlı səsləndirilən fikirlərə müxtəlif dövlət qurumlarından reaksiyalar gəlir.
Onun sözlərinə görə, hazırda bu məsələ rəsmi gündəmdə olmasa da, mümkün bahalaşma ehtimalı da birbaşa təkzib edilmir:
“Bəzi qurumlar bildirir ki, hazırda bu məsələ aktual deyil və ya belə bir qərar olarsa, ictimaiyyətə məlumat veriləcək. Yəni il ərzində qiymət artımının olub-olmayacağı qəti şəkildə inkar edilmir”.
V.Oruc qeyd edib ki, yanacaq qiymətlərindəki artım bütün sahələrə təsirsiz ötüşməyəcək. Xüsusilə A-92 markalı benzinin ən çox istifadə olunan yanacaq növü olduğunu xatırladan ekspert vurğulayıb ki, əhalinin böyük hissəsi məhz bu benzindən istifadə edir:
“Avtomobillərin əksəriyyəti, hibrid və elektromobillər istisna olmaqla, A-92 markalı benzinlə işləyir. Bu səbəbdən qiymət artımı sərnişindaşıma da daxil olmaqla, bütün xidmət sahələrində bahalaşmaya gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, dizel yanacağı isə xüsusilə logistika, marketlər və müxtəlif xidmət sahələrinin əsas xərc elementidir. Əvvəllər dizel və benzin arasında ciddi qiymət fərqi olsa da, hazırda bu fərq minimuma enib:
“Hazırda dizellə A-92 benzin arasında qiymət fərqi cəmi 5 qəpikdir. Bu da dizeldən istifadə edən sahələrdə xərclərin ciddi şəkildə artmasına səbəb olacaq. Nəticədə logistik xərclər yüksələcək və bu, həm məhsulların, həm də xidmətlərin qiymətində öz əksini tapacaq”.
İctimai nəqliyyat məsələsinə toxunan V.Oruc bildirib ki, bu sahədə tariflər tam bazar mexanizmi ilə deyil, dövlət tərəfindən sosial maraqlar nəzərə alınmaqla tənzimlənir:
“İctimai nəqliyyatdan əhalinin böyük hissəsi istifadə edir. Ona görə də dövlət burada xüsusi sosial layihələr və mexanizmlər tətbiq edir. Ola bilər ki, yanacaq qiymətinin artımı ilkin mərhələdə subsidiyalar və dotasiyalar hesabına tariflərə təsir göstərməsin”.
Bununla belə, ekspert hesab edir ki, zaman keçdikcə yanacaq qiymətlərindəki artım həm ictimai nəqliyyatda, həm də özəl taksi xidmətlərində qiymət dəyişikliklərinə səbəb ola bilər:
“Sahibkarların xərcləri təxminən 10 faiz artdıqda, onlar bu artımı mütləq xidmət qiymətlərində əks etdirməyə məcbur qalırlar. Dövlət sektoru isə sosial maraqları nəzərə alaraq bu prosesi mərhələli şəkildə həyata keçirər”.
V.Oruc əlavə edib ki, Tarif Şurasının son iclasları da göstərir ki, enerji daşıyıcıları və kommunal xidmətlər üzrə qiymət artımları 2025–2026-cı illər ərzində həm özəl, həm də dövlət sektorunda müxtəlif xidmətlərin tariflərinə təsir göstərəcək.
Azərbaycanda benzin istehsalı artıb
Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI
Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə xəbərdarlıq - VİDEO
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO
Bu tarixdə qısa iş günü olacaq










