İranlı narkotacirlər Bakıda kuriyerləri necə tapır? - VİDEO

Keçmiş narkotik istifadəçisi, hazırda reabilitasiya mərkəzində mütəxəssis kimi çalışan Qurban Oruc bildirir ki, əvvəllər iranlı narkotacirlər zəmanət kimi azərbaycanlı əlaltılarını şəxsiyyət vəsiqələrinin fotolarını alırdılar. Onların arasında sövdələşmələri baş tutmayanda, aldıqları şəxsiyyət vəsiqəsinin fotolarını və videoçəkilişləri yayırdilar. İndi isə bu üsul dəyişib. Avtosfer.az xəbər verir ki, şəbəkənin ifşası üçün ARB TV-nin əməkdaşı sosial şəbəkələrdə telefon nömrəsi qeyd olunmuş iranlı narkotacirlə əlaqə saxlayıb. O, zəngə cavab verib və narkotik vasitənin topdan alışı üçün şərtlər irəli sürüb.
Bəs əgər narkotacirlə əlaqə müsbət nəticələnərsə, narkotik vasitələr ölkəyə necə keçirilir? İranlı qaçaqmalçılar bunun üçün dron kimi müasir vasitələrdən istifadə etməyə çalışırlar. Bəzən isə insanlar özlərinin xəbəri olmadan narkotik vasitə daşıyıcısına çevrilirlər. Məsələ ilə bağlı ölkədə geniş maarifləndirmə işləri aparılır. Daxili İşlər Nazirliyi QHT-lərlə sıx əməkdaşlıq edir. Lakin burada vətəndaş həmrəyliyi də əsas şərtlərdəndir. Azərbaycan polisi isə təkcə maarifləndirmə deyil, eyni zamanda sosial şəbəkələr üzərindən narkotacirlərin geniş miqyaslı ifşasını həyata keçirir.
Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş










