İtaliya portalı Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əhəmiyyətindən yazdı

İtaliyanın "Agenzia Nova" portalı Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqtondakı görüşünün əhəmiyyətindən bəhs edən məqalə dərc edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Ermənistan-Azərbaycan: "Tramp marşrutu" Qafqaza sülh gətirəcəkmi?" adlı məqalədə üç ölkə liderinin Ağ Evdə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir.
Vurğulanır ki, sənəd Cənubi Qafqaz regionunda təxminən 40 illik münaqişədən sonra həlledici dönüş nöqtəsidir. Aylarla davam edən konfidensial danışıqlardan sonra əldə olunan razılaşma hərbi əməliyyatların daimi dayandırılmasını, diplomatik və ticarət əlaqələrinin qurulmasını, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörməti nəzərdə tutur. Sazişin mərkəzi elementi Ermənistan ərazisindən keçərək Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək strateji dəhliz olan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nun (TRIPP) yaradılmasıdır. Layihə iki ölkə arasında ən mübahisəli məsələlərdən birini həll edir: Azərbaycan mürəkkəb marşrutlarda naviqasiya etmədən və ya üçüncü dövlətlər vasitəsilə tranzitə etibar etmədən öz iki coğrafi yarısı arasında birbaşa əlaqə əldə edir, Ermənistan isə beynəlxalq hüquq çərçivəsində təhlükəli presedentlər yarada biləcək daimi ərazi güzəştlərindən yayınır.
Diqqətə çatdırılır ki, sənədin imzalanma mərasimində Donald Tramp sazişi "tarixi an" adlandırıb və bu addımı atmaqda göstərdikləri cəsarətə görə Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib, layihənin regionun gələcəyini dəyişəcəyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev iki müharibədən və 30 ildən artıq uğursuz danışıqlardan sonra əldə olunan əbədi sülhdən danışıb, Donald Trampın "altı ayda möcüzə göstərə bildiyini" deyib.
Məqalədə vurğulanır ki, saziş geosiyasi müstəvidə Cənubi Qafqazda qüvvələr balansını yenidən formalaşdırır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












