Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Azərbaycan ailələrinin bir vaxtlar qonaq gələndə üzə çıxardığı və ya cehizlik olaraq vitrinlərdə bəzək kimi saxladığı gümüş məcməyilər indi əsl sərvətə çevrilib. Gümüşün qlobal bazarda qızıldan daha sürətlə bahalaşması köhnə məişət əşyalarının qiymətini on minlərlə manatlıq investisiya alətinə çevirib. Xüsusilə 80-90-cı illərin “ağır” gümüşləri hazırda antikvar bazarının ən çox axtarılan məhsuludur. Avtosfer.az xəbər verir ki, gümüşün qiymətindəki artım son illərin ən yüksək göstəricilərinə çatıb. Məsələn, 2020-ci ildə bir qram gümüş Türkiyədə cəmi 0.11 manat idisə, 2026-cı ildə bu rəqəm 4.5 – 5.7 manat aralığında dəyişir. Qədim gümüşün alış qiyməti 3.8 – 4.2 manat civarında olsa da, satış zamanı bu məbləğ fərqlənə bilir. Bu artım köhnə gümüşləri sadəcə xatirə yox, həm də gəlirli maliyyə vəsaiti edib. Məcməyilərin çəkisi onların bazar dəyərini müəyyən edən əsas amildir. Orta hesabla 500 qramlıq gümüş məcməyi hazırda təxminən 1140 – 1520 manat dəyərində qiymətləndirilir. Daha ağır, təxminən 800 qramlıq nümunələr 2090 – 2660 manata alıcı tapır. Çəkisi 1 kiloqramdan yuxarı olan gümüş qabların qiyməti 3230 manatdan başlayaraq 3800 manata qədər yüksəlir. Xüsusilə 2 kiloqrama yaxın çəkisi olan nadir modellər 4560 – 7600 manat arasında satıla bilir.
Antik əhəmiyyət kəsb edən detallar isə daha yüksək qiymətə malikdir. Osmanlı dövrünə aid damğalı və ya usta əl işi olan gümüşlər adi metal qiymətindən dəfələrlə baha satılır. Məsələn, metal çəkisinə görə 760 manat dəyəri olan köhnə parça antikvar bazarında 3000 – 5700 manata qədər dəyər qazanır.
Alıcılar arasında zərgərlərlə yanaşı, investisiya şirkətləri və fərdi kolleksiyaçılar da yer alır. Ekspertlər xəbərdarlıq edir ki, əldəki gümüşü satmazdan əvvəl mütləq peşəkar antikvar mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Çünki adi metal parçası ilə sənət əsəri sayılan gümüş arasında böyük qiymət fərqi yarana bilər.
Yaxın gələcəkdə gümüşə olan tələbatın daha da artacağı və bu növ qədim əşyaların qiymətinin yeni rekordlar qıracağı proqnozlaşdırılır. (Demokrat.az)
Bakıda iş saatları dəyişdirilir - Sıxlıq azalacaq
Bakıda eskalatorlar işləmir, İNSANLAR ƏZİYYƏT ÇƏKİR - Yeraltı keçidlər ləğv olunsun?
Kirayə avtomobillər cinayət riskini artırır - "Son zəng"də təhlükəli seçim - XƏBƏRDARLIQ
Mərkəzi küçələrlə bağlı ekspertdən tənqid - Piyadalara bu lazım deyil!
Binəqədidə küçənin ortasındakı relslər nə üçün çəkilib? - FOTO
Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək?
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO










