Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO

Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.
Avtosfer.az ATV-yə istinadla xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.
Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var:
"Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz".
Ekspert, həmçinin ev sahiblərinin qorxularına da aydınlıq gətirib. Bir çox mülkiyyətçi kirayənişinin qeydiyyata düşərsə, gələcəkdə evə iddia edəcəyindən ehtiyat edir.
Hüquqşünasın sözlərinə görə, bu tamamilə yanlışdır:
"Kirayə müqaviləsinin müddəti bitdiyi an sənəd etibarsız sayılır. Müvəqqəti qeydiyyat şəxsə mülkiyyət hüququ qazandırmır".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır:
"Hüquq pozuntularının qarşısının alınması məqsədilə monitorinqlər müntəzəm keçirilir. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti qeydiyyata düşməlidir. Əks halda bu, inzibati məsuliyyət yaradır".
Nəzarətin gücləndirilməsində əsas məqsəd kirayə bazarında şəffaflığı təmin etmək və tərəflər arasında yarana biləcək gələcək mübahisələrin qarşısını rəsmi sənədləşmə ilə almaqdır.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










