"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək

Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır. Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib. Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
Bu qərar nəyi dəyişəcək?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür:
"Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək Dövlət Reystrinə edilən müraciətlər hüquq müəyyənedici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə, vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də Dövlət Reyestr Xidməti heç bir məsuliyyət daşımırdı. Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsi, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












