Mansardlardan qəti ev almayın! - XƏBƏRDARLIQ

Yeni yaşayış binalarında mansardaların sakinlər tərəfindən alınması və istifadəsi mübahisəli məsələdir. Mansardlar yaşayış təyinatlı olmasa da vətəndaşların bu sahədən istifadə halları, MTK-ların onları satışa çıxarması halları çoxdur. Texniki mərtəbə olan mansardlara lift və digər şəbəkələrin tənzimləmə işlərini icra etmək üçün xüsusu yer kimi də baxmaq olar.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov bildirib ki, əgər sözügedən sahə yaşayış üçün nəzərdə tutulubsa, deməli, yaşayış təyinatlı çıxarış verilir. Yox, əgər yaşayış üçün nəzərdə tutulmayıbsa, hansı digər fəaliyyət növü üçün təyin edilibsə, bu sənəddə açıq şəkildə göstərilir:
“Yəni çıxarışda obyektin təyinatı konkret olaraq qeyd olunur: yaşayış üçündürmü, yoxsa hər hansı digər məqsəd üçündür. Yaşayış təyinatlı mansardlarda təbii ki, işıq, qaz, su və digər kommunal təchizat aparılır. Bu zaman vətəndaş tam hüquqlu sakin hesab.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda mansard hissəsi “penthouse” kimi nəzərdə tutulur. Belə olduqda onun qarşısında açıq sahə, eyvan hissəsi olur və həmin hissəyə çıxarış verilir. Təyinat da mənzil kimi göstərilir.
"Bəzi hallarda bina tikilib təhvil verildikdən sonra ya MTK tərəfindən, ya da sonuncu mərtəbədə yaşayan sakinlər tərəfindən həmin axırıncı mərtəbə mənzilə çevrilir. Bu zaman mansardın təyinatı həlledicidir. Texniki mərtəbədirsə, alınıb-satılmamalıdır. “Penthaus”dursa, təbii ki, şəxsi istifadəsinə icazə var. Mansard, əsasən, təyinatı texniki mərtəbədir. Orada qurğuların, kommunikasiya xətlərinin yerləşdirilməsi nəzərdə tutulur. Texniki mərtəbə qeyri-yaşayış sahəsi hesab olunur. Görürsən ki, vətəndaş öz mənzilinin içindən mansarda qapı da açıb”.
Ekspert vurğulayıb ki, mansard sahələrində hündürlük problemi olur, tam mənzil ölçüləri təmin edilmir. Yalnız pilləkən vasitəsilə çıxmaq mümkün olur:
“Bu sahələr təmir olunsa belə, yaşayış baxımından rahat hesab edilmir. Bu problemlər ölkə üzrə mövcuddur. Ən üst hissə olduğu, mənzillər kimi hörülmədiyi üçün yayda sərinlətmə, qışda isitmə problemləri yaranır. Dam örtüyündə sızma olduqda birbaşa mansard zərər görür. Belə hallar olub ki, güclü külək zamanı dam örtüyünün bir hissəsi qopub və nəticədə mənzilin içindəki bütün təmir yararsız hala düşüb. Bu baxımdan risklidir. Ona görə də mansardların satış qiyməti adətən adi mənzillərdən daha ucuz olur. Binada mənzilin kvadrat metri 2000 manatdırsa, mansard sahələrində bu qiymət 800–1000 manat aralığında olur. İnsanlar bunu alıb ya özləri istifadə edir, ya da kirayə verərək gəlir əldə edirlər. Əslində bu cür mansardlara çıxarış verilməməlidir. Çox nadir hallarda bəzi binalarda mansardlara çıxarış almaq mümkün olur, amma bu hallar istisnadır. Əksər binalarda mansardlar texniki mərtəbə kimi nəzərdə tutulduğu üçün müvafiq mənzil sənədi verilmir".
Bakıda eskalatorlar işləmir, İNSANLAR ƏZİYYƏT ÇƏKİR - Yeraltı keçidlər ləğv olunsun?
Kirayə avtomobillər cinayət riskini artırır - "Son zəng"də təhlükəli seçim - XƏBƏRDARLIQ
Mərkəzi küçələrlə bağlı ekspertdən tənqid - Piyadalara bu lazım deyil!
Binəqədidə küçənin ortasındakı relslər nə üçün çəkilib? - FOTO
Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək?
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO










