Masazırda təhlükə saçan bitişik evlər - İcra hakimiyyəti icazə verib? - VİDEO

Masazır qəsəbəsində fərdi yaşayış evlərinin bir-birinə həddindən artıq yaxın məsafədə tikilməsi ciddi təhlükə riski yaradır. Qonşu evlərin divarları, demək olar ki, bitişik vəziyyətdə inşa olunub. Bu isə xüsusilə yanğın və fövqəladə hallar zamanı ağır nəticələrə səbəb ola bilər. Tikinti normalarına görə, yaşayış evləri arasında məsafə 2012-ci ildə təsdiqlənmiş Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Qaydalara əsasən, vətəndaş torpaq sahəsinin yalnız 40 faizini tikinti üçün istifadə edə bilər. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bir torpaq sahəsinin ümumi ölçüsü 100 kvadratmetrdirsə, onun yalnız 40 kvadratmetrində tikinti aparılmalıdır.
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, digər hissə isə təhlükəsizlik və normativ məsafələrin təmin olunması üçün saxlanılmalıdır:
"Hazırda xüsusilə Bakıətrafı ərazilərdə sıx şəkildə tikilmiş fərdi yaşayış evləri var ki, həmin evlər normativlərə əməl olunmadan inşa edildiyi üçün vətəndaşlar gələcəkdə ciddi problemlərlə üzləşə bilərlər".
Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə bildirir ki, hər bir tikili ilə digər tikili arasında müəyyən ara məsafəsi saxlanılmalıdır.
Binanın hündürlüyündən asılı olaraq bu məsafə dəyişir:
"Məsələn, hündürlüyü 5 metr olan tikili üçün hər tərəfdən minimum 1.5 metr ara məsafəsi nəzərdə tutulur. Bu tələblər yanğın və fövqəladə hallar zamanı risklərin azalmasına xidmət edir".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Xırdalan şəhərinin mərkəzi hissəsində və Masazır kəndi ətrafında mövcud olan fərdi yaşayış evlərinin əksəriyyəti uzun illər əvvəl inşa olunub:
"Masazır kəndində aparılan monitorinqlər zamanı qeyri-qanuni tikinti işlərinin həyata keçirildiyi müşahidə edilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq aşkar olunmuş faktlar bir gün müddətində aktlaşdırılıb və aidiyyəti qurumlar məlumatlandırılıb. Ən son Xırdalan və Masazırda qeyri-qanuni tikinti işləri aparılması ilə bağlı aşkarlanan 7 fakt üzrə rayon hüquq-mühafizə orqanlarına müraciət olunub".
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












