Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi

Xarici ölkələrə səfər edən turistlərin ilk diqqət yetirdiyi məqamlardan biri də supermarketlərdəki qiymətlər olur.
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə bloger Nəcəf Əlizadə (Nadjaf Alizada) sosial şəbəkə hesabında paylaşım edib. O, Misirdə fəaliyyət göstərən supermarketlərdə gündəlik istifadə olunan məhsulların qiymətlərini Azərbaycanla müqayisə edib.
Paylaşıma əsasən, Misirdə bir sıra məşhur məhsulların qiyməti Azərbaycandakı analoji məhsullardan dəfələrlə ucuzdur.
Belə ki, "Lays” markalı çipslərin ən böyük ölçüsü Misirdə cəmi 55 qəpik olduğu halda, Azərbaycanda bu məhsulun qiyməti 1,79-3,40 manat arasında dəyişir. "Doritos” çipslərinin orta ölçüsü Misirdə 30 qəpik, kiçik ölçüsü isə Azərbaycanda 1,79 manat, orta ölçüsü isə 3,49 manat təşkil edir.
Şirniyyat məhsullarında da ciddi fərq müşahidə olunur. Misirdə şirniyyatların qiyməti əsasən 10-15 qəpik aralığında dəyişir, ən bahalıları isə 1 manatı keçmir. Məsələn, "KitKat” şokoladı Misirdə 30 qəpik olduğu halda, Azərbaycanda bu məhsul 1,55-3,29 manat aralığında satılır.
Məişət təmizləyici vasitələrdə də qiymət fərqi diqqət çəkir. "Tide” yuyucu vasitəsinin ən böyük qabı Misirdə 6 manata, Azərbaycanda isə 5 kiloqramlıq qablaşdırma 28 manata təklif olunur. "Persil” yuyucu vasitəsi Misirdə 4 manat, Azərbaycanda isə 7–20 manat arasında dəyişir. Sabunların qiyməti isə Misirdə cəmi 7 qəpik təşkil edir.
Bundan əlavə, uşaq bezləri 6 manata, bitki yağlarının ən bahalı növləri 4 manata, şirələr isə 1-1,60 manat aralığında satılır.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












