Müalicəsi yoxdur, dərhal peyvənd vurulmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Ötən gün Tovuzda it dişləyən uşaq quduzluqdan ölüb. Quduzluğun qarşısını almaq mümkündür, lakin bu, yalnız ilk saatlarda və düzgün tədbirlərlə həyata keçirilə bilər.
Bəs belə faciəvi halın qarşısını almaq üçün nə edilməlidir?
Avtosfer.az-ın məlumatına görə, infeksionist Etibar Süleymanov Ölkə.az-a açıqlamasında bildirib ki, it dişləməsi və ümumiyyətlə, vəhşi heyvanların dişlədiyi hallarda insanlarda quduzluq xəstəliyi yarana bilər. Onun sözlərinə görə, quduzluq çox ağır xəstəliklərdən biridir və hazırda müalicəsi olmayan xəstəliklərdən sayılır:
"Ölüm faizi çox yüksəkdir, hətta 99 faizə qədər hallarda müşahidə oluna bilər. Qarşısını almağın ən real yolu əgər it dişləyibsə, ilk üç gün ərzində quduzluq əleyhinə antirabik peyvəndin vurulmasıdır. Peyvənd sxem üzrə aparılmalıdır, itin xəstə olub-olmamasından və ya hər hansı əlamətin görünməsindən asılı olmayaraq. Çünki nə qədər tez peyvənd aparılsa, xəstəliyin qarşısını alma ehtimalı bir o qədər yüksək olur. Əlamətlər başladıqdan sonra peyvəndləmənin faydası olmur. Buna görə də, belə bir hadisə baş verərsə, təcili şəkildə ən yaxın tibb müəssisəsində peyvənd olunması məsləhət görülür. Əgər ev heyvanları saxlanılırsa, onlar da mütləq vaxtında iynə və peyvəndlər edilməlidir. Hər hansı xəstəlik əlamətləri aşkar olunarsa, baytar həkimlə məsləhətləşmək lazımdır ki, quduzluq əlamətləri olub-olmaması müəyyənləşdirilsin".
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










