Nə satıcılar, nə də terminallar qəbul edir... - 5 qəpik pul sayılmır?

Marketlərdə satıcılara, avtobuslarda sürücülərə və s. ödəniş zamanı 5 qəpik verdikdə qəbul etməyənlər və ya üzlərini turşudanlar olur. Hətta artıq 5 qəpikdən istifadə edənlər demək olar ki, yoxdur. Qarşı tərəf qəbul etmir deyə insanlar 5 qəpiyi verməyə belə utanırlar.
Bəs bu hal nə dərəcədə doğrudur? 5 qəpik Azərbaycan Respublikasının pul vahidi deyil ki?
Avtosfer.az xəbər verir ki, bu barədə "Bizim.Media" mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.
O, bildirib ki, hər hansı bir pul vahidinin qəbul edilməməsi istehlakçı hüququnun pozulması deməkdir.
"Azərbaycanın istənilən nominalda pulu hər yerdə qəbul edilməlidir. İstehlakçıdan o pulu almamağa heç kəsin haqqı yoxdur. Təəssüflər olsun ki, Qanunvericilikdə bu məsələylə bağlı boşluqlar var. Ancaq bu, istehlakçı hüquqlarının pozulmasıdır".
Bəs belə hallarda istehlakçılar nə etməlidirlər?
"Bu hallarda istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Qurumuna şikayət etməlidirlər", - deyə Eyyub Hüseynov bildirib.
Qeyd edək ki, 5 qəpiklikləri sadəcə insanlar yox, aparatlar da qəbul etmir. Məsələn, "Bakıkart" aparatına 5 qəpik daxil etdikdə aparat bunu qəbul etmir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












