"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO

Zərdab rayonunun Burunlu kəndində təxminən üç kilometrlik yolun yararsız vəziyyətdə olması sakinləri çətin duruma salıb. Avtosfer.az xəbər verir ki, sakinlər Baku TV-nin "qaynar xətt"inə müraciət edərək hər gün böyük əziyyətlərlə qarşılaşdıqlarını bildiriblər. Təxminən min nəfər əhalisi olan kəndin yoluna indiyə qədər heç vaxt asfalt örtüyü çəkilməyib. Yolun vəziyyəti kənd gənclərinin ailə qurmasına belə mane olur.
"Üç kəndi birləşdirən yoldur, amma baxan yoxdur. 26 yaşım var, amma bu yola görə evlənmək fikrim yoxdur. Hara elçi getsək, deyirlər ki, sizin kənddə şərait yoxdur, yolunuz bərbaddır. Buna görə də bizə qız vermirlər", - sakinlərdən biri deyib.
Digər bir sakin yolda qaldığı anları xatırladaraq mövcud vəziyyəti belə şərh edib: "Axşamçağı idi, kəndə gəlmək istəyirdim. Taksiyə 30 manat təklif elədim, dedi ki, mən o kəndə girə bilmərəm. 50 manat da versən, mən o kəndə girə bilmərəm, sizin yolunuz bərbad gündədir. Mənim bir qohumum rəhmətə getdi, Bakıdan hüzr yerinə gələ bilmədilər".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Burunlu kənd yolunun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Yolun investisiya proqramına daxil edilməsi gözlənilir. İnvestisiya proqramına daxil ediləndən sonra yolun yenidən qurulması həyata keçiriləcək.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












