"Nəsimi" metrosunun çıxışında dərin çuxurlar sürücülərə təhlükə yaradır - FOTO - AÇIQLAMA

Bakının Binəqədi rayonunda, Svetlana Məmmədova küçəsində yaranan dərin çuxurlar sürücülər üçün ciddi problemlər yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub. Bildirilib ki, metronun "Nəsimi" stansiyasının çıxışındakı küçədə yağıntılardan sonra yolun müxtəlif hissələrində iri və təhlükəli çuxurlar əmələ gəlib.
Bakıda iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub - FOTOLAR

Sakinlərin sözlərinə görə, küçə sanki aidiyyəti qurumların diqqətindən kənarda qalıb. Stansiyanın birbaşa çıxışında yerləşməsinə baxmayaraq, yolun bərpası istiqamətində indiyədək heç bir tədbir görülməyib. Ən böyük narahatlıq isə bu ərazidən istifadə edən avtomobillərin zədələnməsi ilə bağlıdır. Xüsusilə axşam və gecə saatlarında qaranlıq səbəbindən içi su ilə dolu olan və yolun enini tutan çuxurlara düşən avtomobillərə ciddi ziyan dəyir.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, müraciətə əsasən əraziyə baxış keçirilib. "Qeyd olunan problemlə bağlı aidiyyəti quruma müraciət olunub. Məsələ nəzarətimizdədir", - deyə məlumatda bildirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, müraciətlə bağlı aidiyyəti şöbəyə tapşırıq verilib.
"Əraziyə baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq", - A.Nəcəfli deyib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












