Ölkədə su ehtiyatlarının kəskin azalmasının səbəbləri: Xəzərin duzsuzlaşdırılması gündəmə gəlir

Son illərdə regionda və dünyada müşahidə olunan iqlim dəyişiklikləri, yağıntıların azalması və temperaturun yüksəlməsi Azərbaycanda çay və su ehtiyatlarının həcminin azalmasına səbəb olur. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov "Teleqraf"a açıqlamasında bildirib ki, hazırda ölkənin su ehtiyatlarında ikiqat azalma müşahidə edilir: “İqlim dəyişikliyi səbəbindən çaylarda suyun səviyyəsi azalır. Yağıntılar əvvəlki kimi deyil. Bundan başqa, yuxarı axın ölkələri olan Türkiyə, Gürcüstan, Ermənistan və qismən İran tərəfindən suların həddindən artıq istifadəsi nəticəsində Azərbaycana daxil olan suyun həcmi azalıb. Əvvəllər sərhədlərimizdən kənardan 23 milyard kubmetr su axını gəlirdisə, indi bu rəqəm 12 milyard kubmetrə belə çatmır. Bu, ölkənin su təhlükəsizliyi üçün ciddi risk yaradır”.
Ekspertin sözlərinə görə, quraqlıq xüsusilə dağətəyi rayonlarda, Abşeron, Siyəzən, Şabran, Şamaxı, Qobustan, Ceyrançöl və Mərkəzi Aran bölgələrində daha çox hiss olunur.
O qeyd edib ki, Kür və Araz çayları üzərindəki su anbarlarında da kritik azalma var:
“Ceyranbatan su anbarı isə paytaxt üçün əsas strateji mənbədir və hazırkı tutumu Bakı və Abşeronu su ilə təmin etməyə imkan verir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ölkənin su balansı sonuncu dəfə 1990-cı illərin əvvəlində hesablanıb:
“Həmin dövrdə su ehtiyatları 31 milyard kubmetr idi və bunun 70 faizi transsərhəd çayların payına düşürdü. Son 30 ildə iqlim dəyişikliyi, əhali artımı və digər amillər səbəbindən ehtiyatların azalması mümkündür”.
Onun sözlərinə görə, yeraltı şirin su ehtiyatlarında da azalma var və Oğuz-Qəbələ zonasında formalaşan su kütləsi Bakının su təchizatında mühüm rol oynayır.
Amin Məmmədov paytaxtın su çatışmazlığı səbəbindən köçürülməsi iddialarına da fikir bildirib:
“Su qıtlığı əsasən quraqlıq olan rayonlarda müşahidə olunur. Abşeron yarımadasının gələcək su təminatı üçün Xəzər suyunun duzsuzlaşdırılması layihəsi də müzakirə edilir”.
Amin Məmmədov əlavə edib ki, işğaldan azad edilən ərazilərdəki bol sulu çaylar və yeraltı su ehtiyatları Qarabağın aran zonalarının su təchizatında istifadə oluna bilər.
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











